Ermənistan millisinin hücumçusu Bakıda yaşayırmış
Yüksəliş dövrünü yaşayan müasir Ermənistan futbolunun Henrix Mxitaryanla birgə ən güclü təmsilçisi olan Yura Movsisyanın Bakıda doğulduğu təzə xəbər deyil. Yaxın keçmişdə paytaxtımızda xeyli sayda bədnam qonşularımız məskunlaşdığından burada qəribə bir şey yoxdu. Maraqlı olan başqa məqamdı. Movsisyanın bioqrafiyasında onun Azərbaycanda böyüdüyü və 12 yaşına qədər Xəzər dənizi sahillərində yaşadığı bildirilir. Sonradan ailəsi siyasi qaçqın qismində ABŞ-a köçüb və orada futbolçu karyerasına başlayıb. Burada təzadlı fakt odur ki, Yura 1987-ci ildə doğulub. Yəni 1999-cu ilədək erməni olmasına rəğmən, sərbəst şəkildə ailəsiylə birgə Bakıda yaşayıb!
Bu haqda xeyli əvvəl də yazmışdıq. Amma anlaşılmazlıq olduğunu zənn etmişdik. Çox güman onun həyatının araşdıran jurnalistlərin səhvə yol verdiyini düşünmüşdük. Yəqin ki, müharibə illərində Bakıdan Ermənistana köçməsini və məhz düşmən ölkədən ABŞ-a getdiyi faktını unudublar demişdik.
Amma indi bunun səhv yox, həqiqət olduğu ortaya çıxır! Movsisyan özü Rusiya mediasına müsahibəsində etiraf edib ki, 1999-cu ilədək Azərbaycanda yaşayıblar və bu müddət ərzində heç vaxt Ermənistanda məskunlaşmayıb.
“Krasnodar” klubunun 24 yaşlı forvardı həyatından, seçimindən danışarkən bu məsələyə toxunub. Həmin müsahibəsinin bizim üçün maraq kəsb edən hissəsini diqqətinizə çatdırırıq.
- Sizin maraqlı həyat hekayəniz var. Necə oldu ki, Amerikaya düşdüz?
- Mən erməniyəm. Amma heç vaxt Ermənistanda yaşamamışam. Bakıda doğulmuşam. Uşaqlıq illərim çox çətin keçib. Ailəmin qazancı çox az olub. Valideyinlərim işləyirdi, əllərindən gələni edirdi ki, biz ac qalmayaq. Fikirimcə, ABŞ köçməyimizin əsas səbəbi bu idi. 12 yaşım olanda, Amerikaya gəldim. Elə həmin vaxtdan futbolla məşğul olmağa başladım.
- 12 yaş – bu gecdi axı?
- 12 yaşımdan təşkilatlanmış futbol oynamışam. Bunadək ancaq həyətdə, harda gəlsə oynayırdım. Neyləyə bilərdim ki, Bakıda futbol seksiyasına gedə bilməzdim. ABŞ-da isə getdim.
- Sizin ABŞ yığmasında da oynamaq imkanınız vardı. Niyə imtina etdiz?
- Ürəyimin səsinə qulaq asdım. Bu qərarı atamla birgə qəbul etdim (istər-istəməz Aleksandr Səmədov və onun “azərbaycanlı atam da Rusiya yığmasında oynamağı məsləhət gördü” sözləri yada düşür – red.). Qərara gəldik ki,daim oynamaq, komandanın bir hissəsinə çevrilmək üçün erməni millisini seçməliyəm. Ermənistanın da mənim köməyimə daha çox ehtiyacı vardı, nəinki ABŞ-ın. İndi Ermənistanın şərəfini qoruyuram və bununla fəxr edirəm.
- Erməni himninin sözlərini bilirsiz?
- Hə. Nə vaxtdan? Lap uşaqlıqdan! Heç vaxt Ermənistanda yaşamamağım buna əngəl olmayıb.
Hər şey də olmasa da, çox şey aydındı….Sirr deyil ki, indiyədək də ölkəmizdə yaşayan ermənilərin sayı kifayət qədər çoxdu. 30 min civarında erməni mənşəli Azərbaycan vətəndaşının olduğu bildirilir. Hərçənd düşmən ölkədə 1 nəfər olsun azərbaycanlı qalmayıb… Bu bir yandan bizim necə tolerant, dünyəvi, hümanist bir xalq olduğumuzu təsdiqləyir. Digər yandan isə erməni naşükürlüyünü bir daha gözlər önünə sərir. İlanın ağına da, qarasına da lənət deyiblər. Movsisyan da belələrindəndi. Ona qucaq açan Amerikanı yox, Ermənistanı seçib. O Ermənistanı ki, Bakıdan onu qovmayan azərbaycanlılara qarşı çox haqqsızlıqlar edib.
Qarabağ savaşı getdiyi və Azərbaycanın müharibədən yeni çıxdığı 90-ci illərdə Movsisyan rahatca Bakı küçələrində futbol oynamağa öyrəndi, indi də gedib düşmən Ermənistan üçün oynayır. Sonuncu cümlələrindən isə belə çıxır ki, ona məhz Bakıda Ermənistanın himninin sözlərini əzbərlədiblər!
Sonda əlavə edək ki, məsələ ilə bağlı erməni futbolçuyla özümüz də danışmaq istədik, amma Movsisyan azərbaycanlı jurnalistlərlə ünsiyyətə girməkdən çəkindi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |