Rail Məlikov: "Çempion olmağımızda klub prezidenti Sadıq Sadıqovun böyük əməyi oldu"

04.11.2011 | 4955 dəfə oxunub

Məlum olduğu kimi, Unibank Premyer Liqasının son qalibi "Neftçi" klubuna qızıl medallar dünən verildi. Stadium.az xəbər verir ki, flaqmanın bir-neçə üzvünün tədbirlə bağlı klubun rəsmi saytına fikirlərini bildiriblər.

 Flaqmanın kapitanı Rail Məlikov əldə olunmuş uğuru onlara ayrılmış diqqət və qayğının nəticəsi kimi qiymətləndirib: "Çempion olmağımızda klub prezidenti Sadıq Sadıqovun böyük əməyi oldu. Bu yeri əldə etməyimiz üçün rəhbərliyimiz bizə hər bir şəraiti yaratmışdı. Sadıq müəllim indi həcc ziyarətində olduğundan, bu mərasimdə iştirak edə bilmədi. Allah onun ziyarətini qəbul eləsin! Və yenə də deyirəm ki, bu qələbəmizi ona həsr edirik".

 Ötən mövsüm gözəl oyunu ilə çempionluqda böyük pay sahibi olmuş yarımmüdafiəçi Rəşad Abdullayev də çempionluğu onlara göstərilmiş qayğının məntiqli nəticəsi adlandırıb: "Klub prezidentimiz hər matça ən azı bizim qədər həssas yanaşır. Bizimlə birgə sevinir, bizimlə birgə kədərlənir. Sadıq Sadıqovun rəhbərliyi ilə "Neftçi"nin 6 illik çempionluq həsrətinə son qoyuldu".

 Mərasimdə ötən ilin ən yaxşı müdafiəçisi seçilmiş Ruslan Abışov bu uğuru komanda halında qazandıqlarını deyib: "Ötən mövsümün ən yaxşı müdafiəçisi seçilməyim təkcə mənim xidmətim deyil. Bunda mənə komanda yoldaşlarım yardımçı olub. Təbii ki, klub rəhbərliyi və məşqçilər heyətinin əməyi böyükdür. Əldə olunmuş istənilən qələbədə prezidentimiz Sadıq müəllimin zəhməti və qayğısı var".

 Çempionatın ən yaxşı oyunçusu üçün ayrılmış mükafata layiq görülmüş Flavinyo üçün bu hədiyyə gözlənilməz olub: "Neftçi"yə gələndə əsas fikrim komanda halında uğur qazanmaq olub. Fərdi nailiyyət haqqında düşünməmişəm. Yenə də deyirəm ki, bu ada komanda yoldaşlarım da azı mənim qədər layiqdi. Onu da deyim ki, Azərbaycana gəldiyim gündən burada dövlətin futbola göstərdiyi diqqəti gördüm. Bu günkü mərasim möhtəşəm idi, medalları və hədiyyələri də şəxsən AFFA prezidenti özü təqdim elədi. Bu onu göstərir ki, Azərbaycanda futbol inkişafdadır".

Çempion "Neftçi"nin müdafiəsində rəqib hücümçulara sipər olmuş İqor Mitreski və Alessandro Viana Da Silva "Neftçi" ilə çempionluq yaşamağın onlar üçün önəmli olduğunu vurğulayıb. "AFFA prezidenti cənab Rövnəq Abdullayevin medalları şəxsən təqdim etməsi mənim üçün gözlənilməz və bir o qədər də sevindirici oldu. Bu isə o deməkdir ki, futbolçular və klublar daim diqqət mərkəzindədir" - deyə İqor Mitreski bildirib.

Alessandro Viana Da Silva: "Çempion olmaq çətindir. Amma bu titulu qoruyub saxlamaq daha çətindir, çalışacağıq ki, uğurun davamı gəlsin. Bu il də qızıl medallara sahib olub, avrokuboklardakı uğursuzluğumuzu unutdurmaq və azarkeşlərimizi sevindirmək istəyirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail