Qrem Smit: "Britaniyada bir aya görülən iş, Azərbaycanda bir həftəyə görülür"

"Qəbələ" klubunun qapıçısı Qrem Smit Britaniya mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, o, müsabhi zamanı komandası, eləcə də ölkəmiz haqqında təsüratlarını bölüşüb:
"Qəbələ" klubunun gələcək vəd edən uzun müddətli bir planı var və mən bunun nəticəsini görmək istəyirəm. Doğrudur, Şotlandiyadakı böyük oyunlar üçün darıxmışam. Ancaq "Qəbələ" klubu da Avropaya çıxmaq üçün çalışır.
Bu komanda ilə bir illik müqaviləm imzalamışdım. Əgər Toni Adams məni komandada saxlamaq istəyərsə, bu barədə məmnuniyyətlə danışıqlar apararam. Qəbələnin çox fərqli bir yer olduğunu əminliklə deyə bilərəm. Futbolçuların əksəriyyəti bir oteldə qalır. Klub rəsmilərinin də burada öz ofisləri var. Biz də burada qalırıq. Yeməyi də burada yeyirik və burada da yatırıq.
Ancaq burada bəzi vərdişlər var ki, onlara uyğunlaşa bilmirəm. Məsələn, fitə basılmaq kimi bir şey. Azərbaycanda fitə basılmağa çox rast gəlməzsən. Onlar kasıb insanların cəmiyyət içində fitə basıldığına inanırlar. Ancaq küçədə bir nəfəri fitə basa bilməzsən. Vaxtaşırı yerli əhali ilə söhbət edirəm. Burada çox fərqli mədəniyyət var. Oğlum da mənimlə qalır, ancaq mən evli deyiləm. Bu isə yerli əhali tərəfindən gülməli qarşılanır.
Bakı çox gözəl paytaxt şəhəridir, ancaq Qəbələdə bir dəyişiklik hiss edirəm. Buranın yaxşı nəqliyyat yolları var. Bununla belə, Qəbələdə maşın sürmək bir qədər çətindir. Çünki bu yollarda inək və digər heyvanlara da rast gəlmək olur.
Məşq etdiyin zaman qəfildən inəklər gözünə dəyir. Bu isə çox qəribədir. Edinburqda (Şotlandiyanın paytaxtı-red.) belə deyil. Bununla belə, bütün gördüklərimdən xüsusi zövq alıram".
Gənc qapıçı daha sonra Toni Adams və komandası haqda bunları deyib: "Hazırda "Qəbələ" klubu beynəlxalq aləmdə tanınmır. Lakin Adams bu komandanın inkişafı üçün əlindən gələni edir. Komandanın futbol akademiyası var və Adams 10 yaşlı futbolçularla şəxsən məşğul olur. Növbəti mövsümdə komandanın yeni stadionu istifadəyə veriləcək.
Hələlik isə "Qəbələ"nin oyunlara gələn azarkeşləri matçı canlı izləmək üçün heç bir pul ödəmirlər. Çünki rəhbərlik azarkeşləri stadionlara cəlb etmək niyyətindədir. Britaniyada bir aya görülən iş, Azərbaycanda bir həftəyə görülür. Burada yamaykalı Deon Barton və hollandiyalı Stif Olferslə gözəl münasibətərim var. Ancaq "Qəbələ"də bütün futbolçular "qəhrəman" statusu daşıyırlar.
Adamsın məni transfer etmək istədiyini eşidəndə qürur duydum. Mən də dərhal razılıq verdim və Qəbələyə getdim. Daha bir neçə il burada qalmaq istəyirəm. Futbol çox fərqli oyundur və biz də buna alışmalıyıq".
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |