Əvəzedicilərə cəza yağışı

10.11.2011 | 6066 dəfə oxunub

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları arasında təşkil edilən çempionatın ötən turunun oyunlarında baş vermiş qayda pozuntuları da müzakirə edilib.

Stadium.az xəbər verir ki, müzakirələrdən sonra bir sıra klublar və futbolçular cərimələnib:

Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Rəvan” –  “Simurq” matçının 28-ci dəqiqəsində “Simurq” klubunun 3 №-li futbolçusu Təbriz Mütəllimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Oyunun 73-cü dəqiqəsində “Simurq” klubunun 25 №-li futbolçusu Rəşad Eyyubov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Matçın 73-cü dəqiqəsində “Rəvan” klubunun 11 №-li futbolçusu Samir Mustafayev rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Kəpəz” –  “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Vüsal İbrahimovla “Bakı” klubunun 85 №-li futbolçusu Mətin Əbilsoy bir-birini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, klublar 1000 manat cərimə olunub.

Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun AZAL –  “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Neftçi” –  “Xəzər Lənkəran” matçının 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 45 №-li futbolçusu Cəmil Rəhimli kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun “Turan” –  “İnter” matçının 13-cü dəqiqəsində “Turan” klubunun 12 №-li futbolçusu Zabit Səfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail