“Qarabağ” – “Neftçi” duellərində 5-ci dəfə

26.10.2016 | 3233 dəfə oxunub

“Neftçi”nin futbolçusu Jairo Rodriges 3 antirekorda imza atıb. Stadium.Az xəbər ki, buna səbəb onun Azərbaycan Premyer Liqasının IX turunun “Qarabağ”la ev oyununda avtoqol müəllifi olmasıdır.

Belə ki, bu, braziliyalı müdafiəçinin həm mövsümdə, həm də Premyer Liqa tarixində öz qapısına vurduğu 3-cü qol olub. O, III turun “Qarabağ”la avqustun 21-də keçirilən səfər (0:3) və IV turun  sentyabrın 10-da baş tutan “Qəbələ” ilə ev (0:8) görüşlərində də avtoqola üzülmüşdü.
Bununla da Jairo Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçulara məxsus antirekordu təkrarlayıb. Onadək Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlu belə uğursuzluq yaşamışdısa, cənubi amerikalı 3 avtoqol müəllifi olan 4-cü oyunçu kimi tarixə düşüb. O, bu “dördlük”də yeganə legionerdir və əcnəbilər arasında mütləq antirekordçudur.

Rodriges hər üç xətaya eyni mövsümdə yol verməklə, çempionat ərzində 3 dəfə qapısına qol vuran 2-ci futbolçu olub. Onadək yalnız Natiq Qasımov belə halla üzləşib. MOİK-in üzvü 2005/06 mövsümündə belə uğursuzluq yaşayıb.
Jairo həm də ölkə çempionatlarının daimi iştirakçısı olan iki klub – “Neftçi” və “Qarabağ” arasında oyunlarda 1-dən çox avtoqol edən ilk futbolçudur. Cari mövsümədək qeydə alınan hər üç belə hal Ağdam klubunun üzvlərinin passivində idisə, bakılıların hər iki avtoqolu cari çempionat və eyni oyunçunun adı ilə bağlı oldu. Bununla da iki komanda arasında matçlarda avtoqol sayı 5-ə çatıb.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail