Adil Şükürov: "Bu, bizim üçün böyük problemdi"

30.10.2016 | 4765 dəfə oxunub

“Zirə”nin baş məşqçisi Adil Şükürov bu gün Premyer Liqanın 10-cu turunda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına jurnalistlərin suallarını cavablandırıb:

- Çox döyüşkən komandaya qarşı oynadıq. Özümüzü xoşbəxt sayırıq. Belə bir şəraitdə futbol oynamaq azarkeşlərə ürək açıqlığı verir. Futbolçulara təşəkkür edirəm.

- Cavid Tağıyevi oyunun qəhrəmanı hesab etmək olar?

- Futbol komanda oyunudur. Cavidin qol vurması üçün bütün futbolçular əziyyət çəkirlər. Bu gün bütün komandanı qəhrəman hesab edirəm.

- Oyunun gedişi zamanı iki futbolçunuz zədələndi. Bunu süni örtüklü meydançalarla əlaqələndirmək olar?

- Oyundan əvvəl Proqninin əzələsində yüklənmə var idi. Ancaq Proqnini belə tez əvəzləməyi düşünmürdüm. İnşallah, tezliklə komandaya qayıdarlar.

- "Zirə”nin futbolçuları hava toplarında mübarizə apara bilmirlər. Bu məsələ sizi nə dərəcədə narahat edir?

- Biz özümüz bilirdik ki, "Kəpəz” futbolçuları hava toplarında yaxşı oynayırlar. Bu, bizim üçün böyük problemdi. Qarşıda uzun çempionat var və bunu aradan qaldırmağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail