“Heç bir futbolçuya rəqibi “sındır” əmri verməmşəm"

06.11.2016 | 3801 dəfə oxunub

“Bizi ağır oyunun gözlədiyini bildirdik. Heyətdə bir neçə itkimiz var idi. Emin Cəfərquliyev oynamamalıydı. İynə hesabına meydana çıxdı”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Qəbələ” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Əhmədov qolsuz bərabərliyi belə şərh edib: “Əzmkarlıq göstərdik. Məqsədimiz rəqibi əks-hücumlarda yaxalamaq idi. Bu da özünü doğrultdu. Qol vurmaq üçün şanslarımız da oldu. Bilirdik ki, rəqib çox güclüdür. Xüsusən də “Qəbələ”nin hücum xəttini qeyd etmək olar. Əzmkarlığa görə komandamdan razıyam. Strategiyamda müdafiə futbolu yoxdur. Bu gün məcburiyyətdən müdafiə futbolu oynadıq”.

AZAL-ın çalışdırıcısı matçın sonuna yaxın komandasının 2 futbolçusu - David Janalidze və Emin Cəfərquliyev arasında düşən mübahisəyə belə münasibət bildirib: “Yaxşı hal deyil. Oyun ərzində gərginlik çox idi. 2 məşqçi arasında da insident yaşanırsa... Hər an komandalardan biri azlıqda qala bilərdi. Janalidze və Cəfərquliyev arasındakı insident olmamalıydı. Olubsa, buna nöqtə qoymalıyıq. Bu, klubun daxili işidir. Bəzən hücumçuların qol şansını boşa verməsi, müdafiəçilərin narazılığına səbəb olur”.

Tərlan Əhmədov həmkarı Roman Qriqorçukla mübahisə etməsinə də toxunub: “Heç bir futbolçuya rəqibi “sındır” əmri verməmşəm. Ola bilər, səhv eşidilib. Çünki futbolçu çörəyi ayağı ilə qazanır. Özüm də futbolçu olmuşam. Zədələnən futbolçunun nə əziyyət çəkdiyini mən də bilirəm. Tarix boyu belə şey ola bilməz. Hər zaman futbolçularıma demişəm ki, əzmkar və sərt oynayın. Məni özümdən çıxaran futbolçumun söyülməsi idi. Özüm də Ukraynada oynamışam. Ukraynanın ən aqressiv məşqçisi Kvartsayanı ilə çalışmışam. O, bəlkə də dünyanın ən aqressiv məşqçisi idi. Lakin Kvartsyanı bizimlə danışanda da ehtiyatlı davranırdı. Buna qədər bizim də futbolçularımızın ayağını sındırıblar. Lakin biz səsimizi çıxarmamışıq. Deyirlər ki, Avroliqada oynayan komandaların futbolçularına qarşı sərt oynamayın. Bəs, biz neyləyək? Həmin söyüşü qəbul edə bilmirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail