"Neftçi", "Qəbələ", "Qarabağ" və "İnter" yarımfinalda - YENİLƏNİB

21.12.2016 | 6250 dəfə oxunub

Bu gün Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, hər dörd oyun elə bu gün baş tutacaq.

İlk oyunda səfərdə “İnter”ə 2 cavabsız qolla məğlub olan Gəncənin “Kəpəz” klubu rəqbini doğma meydanda qəbul edəcək. Şahin Diniyevin komandası bu oyunda inamlı qələbə ilə turu keçməyi hədəfləyir.

Günün ikinci oyunu isə daha çox formal xarakter daşıyır. Çünki “Qarabağ” ilk oyunda “Sumqayıt”ı 6 cavabsız qolla meydana çıxmağına peşman edib. Bu səbəbdən də çox güman, Ağdam klubunun heyətində bu oyunda meydana daha çox az oynamaq şansı qazanan futbolçular çıxacaq.

Günün AZAL – “Qəbələ” oyunu da maraqla gözlənilir. İlk oyunda Bakı klubunu 261 hesabıyla çətinliklə məğlub edən Roman Qriqorçukun komandasının cavab oyununda bu üstünlüyü qoruyub qoruyamayacağı maraqla gözlənilir.

Cavab oyunlarının startı sonuncu veriləcək “Neftçi” – “Zirə” oyunu da formala bənzəyir. Çünki meydan sahibləri ilk oyunda səfərdə rəqibini 3 cavabsız qolla məğlub edib. “Zirə”nin bu fərqi aradan qaldırıb qaldırmayacağı da maraqla gözlənilir.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

21 dekabr (çərşənbə)

“Kəpəz” – “İnter” 0:0

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov 
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov

İlk oyun – 0:2
13:00.
 Gəncə şəhər stadionu

“Sumqayıt” – “Qarabağ” 2:5

Qollar: Amil Yunanov 14, 80 - Namiq Ələsgərov 8, 16, 82, Vüqar Nadirov 70, Rahid Əmirquliyev 85

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov 

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov

İlk oyun – 0:6
15:00.
 Sumqayıt şəhər stadionu

AZAL – “Qəbələ” 0:1

Qol: Asif Məmmədov 53

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov

İlk oyun – 1:2
16:00.
 “AZAL Arena” (“CBC Sport”, canlı)

 

 “Neftçi” – “Zirə” 1:2

Qollar:  Rahil Məmmədov 40 - Milan Duriç 32, Tural Cəlilov 85

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev

İlk oyun – 3:0
17:00. 8-ci km qəsəbə stadionu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail