Zaur Svanadze: "Rəqib komandanın 1 qol vəziyyəti oldu"

21.12.2016 | 2990 dəfə oxunub

“Meydança pis vəziyyətdə idi. Bu amil işimizi çətinləşdirirdi”. Stadium.Az xəbər verir ki, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşan “bankirlər” qolsuz bərabərliyə imza atıblar. Bu nəticə ilk görüşdə 2:0 hesablı qələbəyə sevinmiş “İnter”in yarımfinala adlaması üçün kifayət edib.

Matçdan sonra keçirilən mətbuat konfransında Svanadze oyunu şərh edib. Meydançanın durumundan gileylənən gürcüstanlı çalışdırıcı yetirmələrinin xarakter nümayiş etdirdiyini bildirib:

“Rəqib komandanın 1 qol vəziyyəti oldu. Ondan başqa təhlükəli epizod yarada bilmədilər. “İnter”in futbolçuları meydançanın ağır durumuna rəğmən, xarakter nümayiş etdirdilər. Növbəti mərhələyə çıxmağı bacardıq. Buna görə paltardəyişmə otağında futbolçulara təşəkkürümü bildirdim. Komanda istirahətə buraxılır. Yenidən bir araya gələndən sonra da yaxşı nəticələrə imza atmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail