Tərlan Əhmədov: "Fariz Yusifov hansı oyunumuzdadısa, bizə qarşı qərəzlidi"

21.12.2016 | 3017 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda AZAL doğma myedanda “Qəbələ” 0:1 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyunan sonra komandanın baş məşqçisi Tərlan Əhmədov matça bağlı belə danışıb:

- Şansımız var idi. Yaxşı oynadıq. İkinci yarıda qol buraxandan sonra ümuumiyyətlə sürətli oyunadıq. Təəssüf ki, bəzi amillər... Fariz (Yusifov) hansı oyunumuzdadısa, bizə qarşı qərəzlidi. Fərq qoymaq lazım deyil, görünür, hakimlər klublar arasında büdcə və ad baxımından fərq qoyur. Tounkaranın gəlişi hücum xəttimizdə daha aqressiv oynamağımıza səbəb olub. Çalışacağıq ki, daha istəkli AZAL yaradaq.

- Penalti epizodunun təkrarına baxmısınız?
- Mən belə şeylərə baxmıram. Onsuz hər şeyə bəhanə tapılacaq. “Sumqayıt”la oyunda şans 50/50 idi, amma referi penalti verdi. 17 oyuna çıxmışıq, amma penalti vurmamışıq. Kimə deyirik, cavab verirlər ki: “var idi”. Komandalara fərq qoyulursa, deyin işimizi bilək.

- Məsələ ilə bağlı harasa şikayət etmək fikriniz var?
- İndiyə kimi nəsə edən olub ki? Mən yazmışam ki, bəzi hakimlər oyunumuza təyinat almasın. 

- Sizə elə gəlmir ki, “Qəbələ” ilə çempionat oyununa görə bu gün Fariz təyin edilmişdi?
- Hər şey ola bilər. Onsuz da “Qəbələ” ilə aramızdakı büdcədə fərq var. Çalışırıq, düşdüyümüz vəziyyətdən çıxaq.

- Demişdiniz ki, lazım gəlsə, öz hesabıma yeni futbolçular alacağıq...
- Komandadan gedənlər də olacaq. Artıq vəziyyət elədi ki, 1 futbolçuya görə bunu etmək olar. Rəhbərliklə söhbət etmişəm, 20-21 səviyyəli futbolçu saxlamalıyıq. Əvəzedici komandadan yaxşı oyunçu götürmüşük. 2-3 yaxşı futbolçu cəlb edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail