"Neftçi" rekordunu yaxşılaşdırdı

22.12.2016 | 5186 dəfə oxunub

“Neftçi” Azərbaycan kubokunda yeni rekorda imza atıb. Stadium.Az xəbər verir ki, “ağ-qaralar” 16-cı dəfə yarımfinala yüksəlməklə, bu göstəricidə mütləq rekordunu yeniləyib. 

İki oyunun cəmində “Zirə”ni üstələyən (3:0, 1:2) Elxan Abdullayevin yetirmələri finalın bir addımlığınadək ən çox irəliləyən komandadı. Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 14-cü dəfə yarımfinalda oynamaq hüququ qazanıb. Ağdamlılar buna “Sumqayıt”ı darmadağın etməklə nail olub – 6:0, 5:2.

“Üçlük”də yer alan “İnter”in 10-cu uğuru “Kəpəz” üzərində qələbə ilə rəsmiləşib – 2:0, 0:0. Digər yarımfinalçı “Qəbələ” isə 5-ci dəfə bu mərhələyə yüksəlib. Əyalət klubu AZAL-ı yolundan kənarlaşdırıb – 2:1, 1:0.

“Qırmızı-qaralar” yarımfinalların sayında “Kəpəz”ə çatıb. Bu iki komanda 6-cı yerə şərikdi. Belə ki, ilk “üçlük”dən başqa, 8 dəfə bu mərhələdə çıxış edən “Bakı” və “Xəzər Lənkəran” da öndə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail