Emin Mahmudov: "Azərbaycan millisində daha öncədən oynamaq isyəyirdim"

25.12.2016 | 5775 dəfə oxunub

“Mən hələ iki il əvvəl Azərbaycan millisində oynamaq istəyirdim. Qərarı verməzdən əvvəl çox düşündüm”. 

Stadium.az xəbər verir ki, bu sözləri milli komandamızın yarımmüdafiəçisi Emin Mahmudov Rusiyanın “Sovetski sport” qəzetinə müsahibəsində deyib. O bildirib ki, onun üçün Portuqaliyada oynamaq da əhəmiyyət daşıyıb: “Rusiyada legioner kimi qalmaq istəmirdim. Ona görə də Portuqaliyaya getdim”.

Emin Mahmudov bildirib ki, Portuqaliyada ona 2 klub təklif olunub: "Agentim dedi ki, "Boavişta" mənim üçün daha uyğundur. Mən də dərhal razılıq verdim. Başqa bir ölkədən də sərfəli təklif vardı. Amma Portuqaliya çempionatı daha yaxşıdır: "O vaxt mən "Krılya Sovetov"un oyunçusu idim. Məşqçim mənə etimad göstərmirdi. Gözləmək fikrində deyildim. Ona görə də klub rəhbərliyindən məni buraxmağı xahiş etdim. Birdə ki, Portuqalya klublarının futbolçu almağa pulları yoxdur. Digər tərəfdən həmin vaxt mən Azərbaycan pasportu aldığım üçün artıq Rusiyada legioner sayılırdım".

Emin Mahmudov bildirib ki, hələlik Rusiya çempionatına qayıtmaq istəmir: “Avropada daha çox oynamaq fikrindəyəm. Daha səviyyəli çempionatda çıxış etmək istərdim. İngiltərə Premer Liqasını sevirəm. Amma orada mənə çətin olar. İspaniya liqası isə oyun tərzimə yaxındır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail