Şəhriyar Əliyev: "Rəqabət aparmalıya"

13.01.2017 | 4106 dəfə oxunub

“Hazırda özümü yaxşı hiss edirəm, zədəm də sağalıb. Odur ki, məşqlərə başlamağımda heç bir problem qalmayıb”.

Stadium.Az xəbər verir ki, bu sözləri klubun saytına açıqlamasında Şəhriyar Əliyev deyib.

Uzun müddət zədəli olduğundan mövsümün ilk yarısında “Kəpəz”ə az kömək edən müdafiəçi yanvarın 11-dən Bakıda məşqlərə başlayan “sarı-göylər”ə qoşulub:

“Zədəmlə bağlı ötən il komandama istənilən qədər yardımçı ola bilmədim. Hər bir futbolçunun arzusu klubunun uğur qazanmasına kömək etmək, buna çalışmaqdır. Amma zədələrdən də qaçmaq olmur. Artıq hər şey geridə qalıb. Oynamadığım müddətdə çəkim artmayıb, əksinə azalıb (gülür). Yavaş-yavaş formamı bərpa etməyə çalışacağam. Arzum tezliklə oyunlara çıxmaqdır”. 

Əliyevin yoxluğunda məşqçilər korpusu müdafiənin mərkəzində Azad Kərimovla Tural Nərimanova yer verib. Şəhriyar əsas heyətə dönmək üçün rəqabətə hazır olmalıdır və futbolçu bunu yaxşı anlayır:

“Komandamızda əvəzedilməz oyunçu yoxdur. Mənim mövqeyimdə çıxış edən komanda yoldaşlarım özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar və yoxluğum hiss olunmadı. Ona görə də düşünürəm ki, ilk “11-liy”ə qayıtmaq heç də asan olmayacaq. Rəqabət aparmalıyam və buna hazıram. Kim gülcüdürsə, məşqçilər ona da şans verəcək. Birdə ki, əsas olan kiminsə oynaması deyil, “Kəpəz”in uğur qazanmasıdır. Mehriban heyətimiz var, hamı bir-birinin, bütövlükdə isə klubun uğur qazanmasına çalışır”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail