Zaur Svanadze: "Komandada “Neftçi”yə qarşı sindrom yaranıb"

09.02.2017 | 4574 dəfə oxunub

"İnter"inin baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 17-ci turunda "Neftçi" ilə oyundan (1:3) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Kompleks şəkildə yaxşı oynamadıq. Xüsusilə müdafiə xəttində çox pis çıxış etdik. Ümid edirəm ki, növbəti oyunlarda bu vəziyyəti düzəldərik. Deyəsən, “Neftçi”yə qarşı kompleks yaranıb. Çempionatda son iki məğlubiyyəti bu komandaya qarşı oyunlarda almışıq. Hesab 1:2 olduğu zaman yaxşı şanslarımız var idi. Ancaq dəyərləndirə bilmədik. Bu futboldur. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Elnur Abdullayevin yoxluğu komandaya necə təsir göstərdi?

- Ruslan Abışovun getməsindən sonra dayaq yarımmüdafiəçimiz yoxdur. Buna görə, Skarlatakeni irəli çəkmişdik.

- Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra komandada ruh düşkünlüyü yaranmayıb ki?

- Xeyr, belə deməzdim. Sadəcə, komandada “Neftçi”yə qarşı sindrom yaranıb. Peşəkar futbolçu meydana çıxan zaman hər şeyi unudur, yalnız oyuna köklənir.

- Bukmeker kontorlarında oyundan öncə “Neftçi”nin qələbəsin daha çox pul qoyulub. Futbolçularınızın bu oyunu vermək ehtimalı nə dərəcədədir?

- Xeyr, mənim komandam belə şeylərə əl atmır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail