Samir Abbasov: "Demişdilər ki, gəlin, sizi gözləyirik"

10.04.2017 | 3637 dəfə oxunub

"Oyun çox çətin keçdi. Bir tərəfdə hər xala görən vuruşan komanda, digər tərəfdən də stimulu olmayan rəqib var idi. Bizim həyəcanımız oyunun sonuna kimi davam etdi. Bizə xal lazım idi. Onu da əldə etdik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 25-ci turunda səfərdə AZAL-a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O bildirib ki, komandasını qarşıda "Zirə" ilə vacib oyun gözləyir: "Bu oyun bizim üçün finala bərabər olacaq".

Gənc mütəxəssis AZAL-ın "Sumqayıt"a qarşı ciddi müqavimət göstərdiyinə də diqqət çəkib: 

"Belə olacağını təxmin edirdik. Çünki başqa söz-söhbətlər də bizə çatmışdı. Amma bunu deyə bilmərəm. Bilirdik ki, AZAL oyuna çox ciddi şəkildə hazırlaşıb. Xeyr, söhbət stimullaşdırmadan getmir. Sadəcə, demişdilər ki, gəlin, sizi gözləyirik. Bilmirəm, bu, zarafat idi, yoxsa gerçək. Eyni statuslu komanda üz-üzə gələndə, digəri nəyisə sübut etməyə çalışır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail