"Qəbələ"nin yoxlama oyunlarındakı rəqibləri bəlli oldu

04.06.2017 | 6207 dəfə oxunub

“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarına start verib. İyunun 3-də Bakıda bir araya gələn komanda hazırlıq prosesinə yerli oyunçularla başlayıb.

Toplanışın ilk gününü fitnes zalında çalışmalarla keçirən “qırmızı-qaralar” ayın 6-dək paytaxtda məşq edəcək.

Stadium.Az xəbər verir ki, “Qəbələ” iyunun 7-də təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yola düşəcək. Komanda iyunun 23-dək Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşacaq. “Qəbələ” 4 yoxlama oyunu keçirəcək.

İyunun 12-də “qırmızı-qaralar” Avstriyanın regional liqasında çıxış edən yerli “Fulpmes”lə üz-üzə gələcək. Üç gün sonra Rusiyanın “Terek” komandası ilə görüşəcək “Qəbələ” son iki matçında Bolqarıstan təmsilçiləri ilə qarşılaşacaq. Ayın 19-da Plovdivin “Botev” klubu, 22-də isə bu ölkənin çempionu “Lüdoqorets” “Qəbələ”yə rəqib olacaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail