Millimizin 2 üzvü "Qəbələ"yə keçdi

06.06.2017 | 6165 dəfə oxunub

2018 mövsümünün hazırlıqlarına start verən “Qəbələ” klubu heyətini daha iki futbolçu ilə gücləndirib. Stadium.Az xəbər verir ki, daha öncə İlqar Qurbanovla müqavilə bağlayan “qırmızı-qaralar” qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Elvin Məmmədovu da heyətinə qatıb. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.

1989-cu il mayın 1-də Naxçıvanda anadan olan Aqil Məmmədov karyerasına “Bakı”da başlayıb. Paytaxtın eyniadlı komandası (2007-2014) və “Neftçi”də (2015-2016) çıxış edən qapıçı 2016/17 mövsümünü AZAL-da keçirib. Azərbaycanın U-21 yığmasında oynamış qolkiper 2015-ci ildə əsas milli komandada debüt edib. O, millidə 1 oyuna çıxıb.

1988-ci il iyunun 18-də Tovuzda anadan olan Elvin Məmmədov peşəkar karyerasına 2005-ci ildə “Turan”da başlayıb. 2007-ci ilədək bu komandada çıxış edən yarımmüdafiəçi sonradan “İnter” (2008-2009, 2014-2015), “Qarabağ” (2009-2011, 2015), “Bakı” (2011-2014) və “Zirə”nin (2016) şərəfini qoruyub. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Məmmədov 2008-ci ildə əsas milli komandada debüt edib. Elvin millinin heyətində 37 oyun keçirib, 7 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail