"Bursaspor"un prezidenti: "Baş məşqçimiz Prosineçki olacaq"

11.06.2017 | 4079 dəfə oxunub

“Gələn həftə komandamızın yeni baş məşqçisinin adını açıqlayacağıq. Bu haqda yekun açıqlama müqavilə imzalandıqdan sonra veriləcək. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan millisi ilə müqaviləsi var”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Bursaspor”un prezidenti Əli Ay deyib. O qeyd edib ki, xorvatiyalı mütəxəssislə razılıq əldə ediblər:

“70-80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq. Amma müqavilə bağlamadan bu məsələ qəti şəkildə həllini tapıb deyə bilmərik. Odur ki, onunla bağlı son anda problem çıxar deyə başqa namizədimiz də var”.

“Fanatik” qəzetinin yazdığına görə isə Prosineçki artıq “Bursaspor”un təklifini qəbul edib. Qəzet iddia edib ki, dünən DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qarşı oyun Prosineçkinin Azərbaycan millisində son matçı olub. Bu matçdan sonra onun Türkiyəyə gedərək "Bursaspror"la müqavilə bağlayacağı bildirilib.

Xorvat mütəxəssisin AFFA ilə müqaviləsi DÇ-2018-in seçmə mərhələsinin sonunda başa çatır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail