"Qəbələ" Avstriyada hazırlaşır

11.06.2017 | 4597 dəfə oxunub

“Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir. Stadium.Az xəbər verir ki, iyunun 7-dən Avstriyada olan “qırmızı-qaralar” məşqlərini Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirir.

Roman Qriqorçukun komandası gündə iki hazırlıq keçir. Günün ilk yarısında fitness - zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının toplanışından dönən Qismət Alıyev və Yusif Nəbiyev də artıq “qırmızı-qaralar”ın məşqlərinə qoşulub.

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular isə komandamızın hazırlıqlarına iyunun 15-də qatılacaq.

“Qəbələ” Avstriyada ilk yoxlama oyununu iyunun 12-də yerli “Fulpmes”ə qarşı keçirəcək. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail