"Qarabağ" "Şaxtyor"un qapıçısını transfer edib

24.06.2017 | 5939 dəfə oxunub

2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ”  ilk legioner transferini gerçəkləşdirib.

Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi qapıçı Anton Kanibolotski ilə iki illik müqavilə imzalayıb.

Ukraynalı qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub.

2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

Kanibolotski vaxtı ilə Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail