"Qəbələ"nin 3 yoxlama oyunundakı rəqibi və oyun günləri bəlli oldu

25.06.2017 | 4874 dəfə oxunub

2017/18 mövsümünə hazırlığın ilk mərhələsini başa vuran “Qəbələ” ikinci təlim-məşq toplanışına iyunun 27-də start verəcək.

Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərini Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirəcək.

Ötən mövsümün bürünc mükafatçısı iyulun 9-dək davam edəcək hazırlıqlar çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınayacaq.

“Qəbələ” iyunun 30-da Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək. İyulun 4-də Roman Qriqorçukun yetirmələri Ukrayna “Dinamo”su (Kiyev) ilə qarşılaşacaq. “Qırmızı-qaralar”ın toplanışdakı son rəqibi isə Avstriyanın “Lints” komandası olacaq. Bu matç iyulun 8-də baş tutacaq.

Yeni mövsümün hazırlığına iyunun 3-də Bakıda start verən “Qəbələ” ayın 7-dən 23-dək Avstriyanın Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışı keçirib və 5 yoxlama matçında qüvvəsini sınayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail