"Zirə"nin rəqibi "Astra"da durum nə yerdədi?

10.07.2017 | 4905 dəfə oxunub

Bildiyiniz kimi, ölkəmizi Avropa Liqasında təmsil edən "Zirə" klubu ikinci mərhələyə yüksəldi. Bu mərhələdə isə təmsilçimizin rəqibi Rumıniyanın "Astra" klubudur. 

Bu rəqibi də keçə bilərikmi? "Astra"nın hazırkı durumuna nəzər salaq.

Rumıniyada "Zirə"yə yuxarıdan aşağı baxırlar. Əslində, onları qınamıram. Biz "Differdanj"a necə baxırdıqsa, eynisini də onlar edirlər.

Son günlərdə "Astra" bir neçə orta səviyyəli oyunçunu öz heyətinə qata bilib. Amma itirdikləri də olub. 

Öncə qeyd etdiyim oyunçular komandanın özəyi idi. Amma bu, hələ harasıdı? Komandanın əsas heyət oyunçusu Seto Takayuki də məcburi komandadan gedib. O İcarə əsasında "Astra"da çıxış edirdi. Müqavilə ilə isə "Osmanlıspor"a məxsusdur. Bu yay Takayukini hətta "Dinamo", "Viitorul" və "Styaua" da almaq istəyirdi. Amma oyunçu öz seçimini "Astra"ya verdi. Türk klubu ilk öncə razılıq versə də, sonra fikrini dəyişib və oyunçunun transferi üçün böyük məbləğ tələb edib.

Gələn oyunçulardan Piotr Polczak (müdafiəçi), Eriko da Silva (yarımmüdafiəçi), Filip Mrzljak (yarımmüdafiəçi) və Anthoni Le Tallec (hücumçu) daha çox qeyd olunurlar. Da Silva və Mrzljak Rumıniya çempionatında oynayıblar və yerli futbola yaxşı bələddilər. Halbuki, məşqçinin sözlərinə görə formada deyillər. Ümumiyyətlə, məşqçiyə görə "Astra" Pleyaut komandasıdır (bizim ikinci altılıq kimi). O Avropa Liqasından çox da bir şey gözləmir, halbuki bizim klubu udmaq fikrindədilər.

"Astra"nı daha bir məqam sıxır:  Artıq Rumıniya çempionatın təqvimi bəllidir və onlar Ciurcudakı oyundan 3 gün sonra öz meydanında Liqa 1-in debutantı, "Şepşi"ni qəbul edəcək. 4 gün sonra isə Bakıya uçacaq. Nəzərə alsaq ki, bu mövsümün başlanğıcıdır, bu tip ritm onları qane etmir. Bakıdakı oyundan 3-4 gün sonra yenə çempionat oyunu onları gözləyir. Bu dəfə onlar "Voluntari" ilə oyuna səfər edəcəklər. Belə çıxır ki, yayın bu istisində onlar 10-11 günə 4 oyun oynayacaqlar. Bu isə asan iş deyil.

Meydan demişkən, bir şey də yadıma düşdü. Adətən oranın qazonu bərbad vəziyyətdə olur. Sözsüz, bərbad deyəndə mən Gəncənin stadionu qədər demirəm. Avropa Liqasının qrup mərhələsində oynayanda, o stadionu UEFA-dan Elçin (Lisenziyalaşma şöbəsindən) yoxlayırdı. İlk dəfə "hə" desə(lər) də, sonra "yox" deyildi və onlar məcburi "Arena National"a köçdülər.

Şansları necə dəyərləndirirəm: Əgər "Zirə" oyununu artırmasa, hər şey acınacaqlı bitəcək. Yox, əgər meydanın hər tərəfində döyüşsələr, o zaman biz qalib gələcəyik. "Astra" sona qədər oynayan komandadır. Misal üçün "Dinamo" - "Astra"  oyununun 85-ci dəqiqəsinə kimi buxarestlilər 2-0 öndəydilər və sonda "Astra" 2 qol vurdu, hesab 2-2 bitdi. Bu məqam rumınların çox döyüşkən olduğundan xəbər verir.

Abbas Zahidi

Rumıniyadan Stadium.Az üçün



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail