Lənkəranda Tsxadadzenin başını yardılar

04.12.2011 | 7025 dəfə oxunub

Premyer Liqanın 15-ci turunda keçirilmiş "Xəzər Lənkəran" - "İnter" matçında xoşagəlməz hadisə yaşanıb. Stadium.az xəbər verir ki, tribunadan atılmış daş qonaqların baş məşqçisi Kaxaber Tsxadadzenin başına dəyib. O, bu səbəbdən mətbuat konfransında da iştirak edə bilməyib və onu köməkçisi əvəzləyib. Bununla bağlı "İnter" rəsmi saytında açıqlama yayımlayıb:

"Oyundan sonra stadionda xoşagəlməz insident baş vermişdir. Belə ki, tribunadan atılan bərk əşya komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin başına dəymiş və təcrübəli mütəxəssis ciddi xəsarət almışdır. Komandamızın həkimləri hadisə yerində K.Tsxadadzeyə təcili yardım göstərmişlər. Bu səbəbə görə baş məşqçimiz  oyunsonrası mətbuat konfrasında iştirak edə bilməmiş, onu köməkçisi Giorgi Çixradze əvəz etmişdir.

"İnter" PİK-in rəhbərliyi baş vermiş hadisəni pisləyir və belə insidentlərin bir daha təkrarlanmaması üçün müvafiq qurumların lazımi tədbirlər görəcəyinə ümid edir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail