Samir Əliyev: "Pis oynayıb, qələbə qazanmaq da bizə sərf edir"

23.09.2017 | 4378 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turunda keçirilən “Səbail” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Samir Əliyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Çətin oyun oldu. “Kəpəz” üçün qələbə qazanmaq çox vacib idi. Amma biz də məğlub olmaq niyyətində deyildik. Qol vəziyyətlərimiz az olsa da, qələbə qolunu vurmağı bacardıq. Qələbə qazandığımız üçün çox şadıq.

- Qələbə qazansanız da, komandanız məzmunlu futbol sərgiləmədi. Bu fikirlə razısınız? 

- Deməzdim ki, oyunumuzdan razıyam. Amma qələbə qazanmaq çox vacibdir. Bəzən pis oynayıb, qələbə qazanmaq da bizə sərf edir.

- Hər halda, "Səbail" cari mövsümdə ən zəif oyununu keçirdi...

- Turlar ötdükcə, rəqiblər bizi daha yaxşı təhlil edir. Şahin Diniyev güclü mütəxəssisdir. Rəqib imkan verdiyi qədər oynadıq.

- Axı, "Kəpəz" də ortaya futbol adına heç nə qoymadı...

- Mən öz komandama cavabdehəm.

- 6 tur və iki qələbə. Nəticələrinizdən razısınız?

- Məncə, yeni yaranan komanda üçün yaxşı nəticədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail