Tərlan Əhmədov: "... bu oyunçuları "yandıra" bilər"

29.10.2017 | 4132 dəfə oxunub

“Azarkeşlərimizə təşəkkür edirəm. 90 dəqiqə bizə dəstək oldular. Əla atmosfer var idi. Artıq komandaya inam yaranıb. Futbolçulara da təşəkkür düşür. Gəncə səfərindən sonra demişdim ki, bizim gələn tur “Sumqayıt”la ağır oyunumuz olacaq. Çünki rəqib həddən artıq işgüzardı. Son 20-25 dəqiqədə müdafiə olunurlar”.


Stadium.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan ƏhmədovTopaz Premyer Liqanın 10-cu turunda “Sumqayıt”a qalib gəldikləri oyundan (2:1) sonra deyib.


- Ardıcıl 4 oyundu qələbə qazanırsız və 4-cü yerə yüksəldiz. Düşünmək olarmı ki, mövsümün əvvəlindən “Neftçi”də olsaz, indi komanda daha yaxşı yerdə idi?

- Həyatda təsadüf yoxdu. Hər şey zərurətdən yaranır. Bəlkə əvvəldən komandada olsam, mövqeyimiz pis olacaqdı. Sadəcə işimizi görməyə çalışırıq. Komandanı yaxşı motivasiya etməyə çalışırıq. Ardıcıl 4 qələbə hələ heç nə deyil. Yolun başlanğıcındayıq. Bizi çox maneələr gözləyir. 4 tur əvvəl bizə 3 xal gözü ilə baxırılarsa, indi münasibət fərqlidi. İşimiz daha da çətinləşir. Bu nəticələr eyforiya yaratmamalıdı. Əvvəldən burda olsam, necə olacağını bilmirəm.


- Sizə elə gəlmir ki, komandada özünəinam hissi arxayınlığa çevrilib?

- Komandada istək həddən artıq çox idi. Hiss edirdim ki, bu oyunçuları “yandıra” bilər. Arxayınlıq yox, həyəcan var idi. İkinci hissədə bunu aradan qaldırdıq.


- Daha çətin oyunlarınız qabaqdadı. “Neftçi”nin əsl gücü həmin oyunlarda bilinəcək?

- Bura gələndə iki oyun uduzduq, dedilər komanda gedir. Bura bütün oyunlarda qələbə üçün gəlməmişəm. Gələcək oyunlarda nə olacağını zaman göstərəcək. Komandanı “qara zolaq”dan çıxarmaq istəyirik. Yalnız gözəl futbola, əzmkarlığa söz verə bilərəm. Nəticənin necə olacağını bilmirik.


- Böyükağa Hacıyev deyib ki siz onun “şkola”sını keçmisiz...

- Ona minnətdaram. Allah şəfasını versin. Şərh verəcək bir şey yoxdur.


- Zaur Svanadzenin gedişindən sonra Premyer Liqada yalnız bir əcnəbi məşqçi qaldı. Buna münasibətiniz?

- Arzu eləməzdim ki, hansısa məşqçi istefa versin. Başqa komandalarda nə baş verdiyi barədə danışmaq istəmirəm. Yerli də, əcnəbi də olmalıdı. Klub rəhbərləri necə fikirləşirsə, xeyirli olsun 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail