Ceyhun Cavadov: "Sanki bəxt bizdən üz döndərmişdi"

03.11.2017 | 4122 dəfə oxunub

“İndiki məqamda bizim üçün hər oyun həlledicidir. Ötən tur “Keşlə” ilə matça da belə yanaşmışdıq. Görüşə ciddi hazırlaşıb, 3 xal üçün meydana çıxmışdıq”. 

Stadium.az xəbər verir ki, bu sözlər “Kəpəz”in futbolçusu Ceyhun Cavadov klubun saytına açıqlamasında deyib. Gənc yarımmüdafiəçi komandasının vəziyyəti haqda danışaraq geriyə yol olmadığını bildirib:

"Ona görə də məşqçilərin verdiyi tapşırıqların öhdəsindən maksimum şəkildə gəlməyə çalışırıq. "Keşlə" ilə oyunda qarşıya qoyulan vəzifəni yerinə yetirə bildik. Mövsümdə ikinci qələbəmizi əldə etdik. Daha çox xal qazanmalıyıq”.

Mövsümün ilk 10 turuna nəzər salan futbolçu komandanın istənilən nəticəni qazana bilməməsinə təəssüfləndiyini bildirib: “Təbii ki, turnir cədvəlində tutduğumuz mövqeyə görə çox məyusuq. Çempionata yaxşı hazırlaşmışdıq, ona görə uğurlu çıxış edəcəyimizi gözləyirdik. Bütün matçlara qələbə istəyi ilə yanaşırdıq. Bəzi oyunlarda sanki bəxt bizdən üz döndərmişdi. Çünki yaxşı oyun nümayiş etdirib uduzurduq. Düzdü, vəziyyətlə barışmırıq. Yəqin ki,  “Keşlə” ilə görüş bizim üçün dönüş nöqtəsi olar. Bundan sonra yaxşı olacağına inamım böyükdür”.

“Kəpəz” Topaz Premyer Liqanın növbəti turunda "Qarabağ"ı qəbul edəcək. Çempionlar Liqasında ölkəmizi layiqincə təmsil edən “Qarabağ”la qarşılaşmaya Gəncədə maraq böyükdür: “Rəqibin gücü hamıya bəllidir. Qitənin ən nüfuzlu turnirində “Atletiko” ilə matçdan sonra çempionat görüşündə bizimlə oynayacaqlar. Azarkeşlərimizi doğma meydanda sevindirmək istəyirik, odur ki, matça tam ciddi və səylə hazırlaşırıq. Özümüzü göstərməliyik. “Qarabağ”a qarşı oynamaq üçün komandada ruh var. Fanatlarımızdan istəyimiz gəlib bizi dəstəkləmələridir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail