Sadıq Sadıqov: "Qurbanov enerjilidi, lazım olsa..." - MÜSAHİBƏ

03.11.2017 | 4841 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun apasport.az saytının suallarını cavablandırıb. Stadium.az həmin müsahibəni təqdim edir:

 

- Bakı Olimpiya Stadionunda Cüdo Federasiyasının təlim-məşq zalının açılışı bu idman növünün inkişafına nə kimi töhfə verəcək?

- Bilirsiz ki, bu gün Azərbaycanda cüdo çox sürətlə inkişaf edir. Son 2 ilin nəticələrini bizim İcraiyyə Komitəsinin iclasında müzakirə olundu. İdmançılarımız rekord vura-vura gedirlər. Həm paytaxtda, həm də regionlarda belə zalların açılışı cüdonun inkişafına dəstəkdi. Bu gün yeni təlim-məşq bazasını açdıq, onun səviyyəsinə söz ola bilməz. Bu zalda olimpiya və dünya çempionları yetişdirilməsə, ən böyük günahlardan olar.

 

- İcraiyyə Komitəsinin qərarına əsasən, kişilərdən ibarət yığmanı Ruslan Maşurenko, qadınlardan ibarət millini isə Natiq Bağırov çalışdıracaq...

- Bəli, baş məşqçiləri də müəyyənləşdirdik. Bir neçə ay idi ki, Ruslan Maşurenko ilə müzakirələrimiz, danışıqlarımız gedirdi. Bizim şərtlərə uyğunlaşdı. Yaxşı mütəxəssisdi, özü olimpiya mükafatçısı olub. Məşqçi kimi də Ukraynada fəaliyyət göstərib. Maşurenkonun gəlişinə baxmayaraq, öz yerli məşqçimiz Fərhad Məmmədov da 1 ilə yaxındı ki, baş məşqçi əvəzi işləyir. Fərhad müəllim yenə bizimlə olacaq, baş məşqçiyə dəstəyini göstərəcək. Hamımız əl-ələ verib, işləyəcəyik. Natiq Bağırovu tanıtmağa ehtiyac yoxdu, onu bütün dünya tanıyır. Birlikdə bundan sonrakı nailiyyətlərə nail olacağıq.

 

- Gələn il Bakıda dünya çempionatı keçiriləcək...

- Bəli, təlim-məşq toplanışları baş məşqçi tərəfindən verilib. Fərhad müəllim baş məşqçinin köməkçisi olacaq, onu heç yerə uzaqlaşdırmırıq. Cüdoda böyük haqqı olan insanlardandı. Ola bilsin ki, onun təlim-məşq toplanışlarına bir-ikisi əlavə edilsin. Qrafik əsasında bütün təlim-məşq toplanışlarında iştirak edə-edə çempionatda yaxşı nəticəyə imza atmağa çalışacağıq.

 

- 73 kq çəki dərəcəsində Rüstəm Orucov və Hidayət Heydərov, 100 kq çəkidə isə Elxan Məmmədov və Elmar Qasımov kimi iki güclü idmançımız yarışır. Bu, beynəlxalq yarışlarda daha çox medal qazanmaq şansımızı azaltmır?

- Cüdo dünyada həm elit, həm də güclü mübarizənin getdiyi idman növüdü. Bir idmançı yalnız gücünün ona çatacağına əmin olandan sonra çəkisini birdən-birə artırmalıdı. Olimpiadaya hələ çox var. İdmançılarımızın bu haqda düşünməyə vaxtları çoxdu. Razıyam, hansısa kənarda qala bilər. Amma bunu özləri fikirləşməlidilər. Biz onları hansısa çəkidə yarışmağa məcbur edə bilmərik. Qərarı özləri verməlidilər. Dünya çempionatından sonra Avropa birinciliyi, daha sonra isə Olimpiada olacaq. Buna qədər yəqin ki, hərəsi öz yerini tutacaq. Bizim başqa çəki dərəcələrində də güclü cüdoçularımız var. Rəqabət böyükdü.

 

- Bir qədər də futbol haqda danışaq. Vaxtilə işlədiyiniz “Neftçi” klubunun oyunlarını izləyirsizmi?

- İzləyirəm. “Neftçi” ardıcıl 4 oyundu qələbə qazanır. Tərlan Əhmədov çox yaxşı mütəxəssisdi. Mənim hörmət bəslədiyim məşqçilərdən biridi. Mənim hacı qardaşımdı, həm də sözünə düzgün adamdı, haqq yolundadı. İnanıram ki, bu gün komandanı toparlayıb, azarkeşlərlə dil tapıbsa, özünü tam olaraq doğruldacaq. “Neftçi” bu gün 180 dərəcə dəyişib. Bu gün onlar üçün güclü rəqib qismində yalnız “Qarabağ”ı görürəm. “Neftçi” bu cür oyununu davam etdirsə, ilk “üçlüy”ə düşəcək.

 

- Tərlan Əhmədov “Neftçi”nin əvvəlki əzəmətini qaytara biləcəkmi?

- Məncə, qaytaracaq. Onda potensial var.

 

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bundan sonra həm də millini çalışdıracaq. Bu təyinat haqda nə deyə bilərsiz?

- Qurbanı təbrik edirəm. O, Azərbaycan futbolunda sözünü deyən, həmçinin dünya futbolunda tanınmış mütəxəssislərdən biridi. Ona “gözün aydın olsun” deyirəm. Öz yerini tutdu. Bu gün bütün Azərbaycan onu alqışlayır. İdman mütəxəssisi kimi, həmişə Qurbana dəstək olacam.

 

- Eyni anda iki yerdə işləmək ona çətin olmayacaq ki?

- Yox. “Qarabağ”da Qurbanın köməkçiləri və Rəşad Sadıqov kimi kapitan var. Düzdü, komandanı Qurban Qurbanov yaradıb. Amma onu da Qurban edən komanda olub. Bu gün “Qarabağ”ın uğurunda klubda çalışan hər kəsin böyük zəhməti var. Qurban müəllim bunu dəyərləndirən insandı. İnanmıram ki, bu gün Azərbaycan çempionatında “Qarabağ”la sona qədər rəqabət apara bilən komanda ola və Qurban iki “cəbhə”də işləyə bilməyə. Qurbanov enerjilidi, cavan mütəxəssisdi. Lazım olsa, hələ I divizionda komanda götürüb, orda da işləyər, narahat olmayın (gülür).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail