Ramiz Məmmədov: "Qısa müddətdə dönüş edə bilərik"

05.11.2017 | 3679 dəfə oxunub

"Sumqayıt"ı təbrik edirəm. Lakin oyun hesabla üst-üstə düşmədi. Bu məğlubiyyət məni çox narahat edir. Futbolçular böyük əzmkarlıq göstərdilər. Lakin şanssız üç qol buraxdıq. Əvəzedici heyətdən buraxdığım Sinan Akkoyun 90 dəqiqə işlədi. Komandamdan razı qalsam da, hesabdan razı qalmadım".

Stadium.az xəbər verir kiu sözləri "Keşlə"nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 11-ci turunda səfərdə "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb...

- "Keşlə"dəki problemlər nədən ibarətdir?

- "Sehrli çubuğum yoxdur" kimi şablon sözləri çox işlədirik. Lakin bura gəldiyim ilk gündən bütün gücümüzü ortaya qoymuşuq ki, sehrli çubuqdan istifadə etməyək. Özünəinamı geri qaytaraq. Futbolçularımız bir az da artırsalar, qısa müddətdə dönüş edə bilərik.

- Qışda neçə transfer etməyi düşünürsünüz?

- Hazırda fikrimiz qalan 3 oyuna yönəlib. Buna vaxt tapıb danışıqlar aparmaq olar.

- Qalan 3 oyunda hədəf nədir?

- Qarşımda hökmlə xal qazan məqsədi qoymayıblar. Maksimum nəticəni qazanmağa çalışacağıq. Gücümüz də var. Futbolçularda özünəinamı, fiziki durumu və ustalıq səviyyəsini qaytarmaq lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail