Samir Abasov: "Onunla fərdi danışacağıq"

05.11.2017 | 4548 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 11-ci turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.


-  Oyundan sonra futbolçularımızı, fanatlarımızı təbrik etdim. Layiqli qələbə idi. Bizə lazım idi ki, "Neftçi" ilə görüşdə son dəqiqələrdə təcrübəli oyunçuların yolverilməz səhvlərindən uduzduq. Onlar bu gün həmin səhvləri unutdurmaq istəyirdilər. Əvvəlkinə nəzərən baxımlı oyun olmasa da, futbolçularımız qələbəyə can atdılar. Hansınısa seçmək düzgün olmazdı. Lakin Cavid İmamverdiyevin böyük rolu oldu. Rüfət Abdullazadəni ilk dəfə meydana buraxdım. Xeyirli olsun.

- Sizə elə gəlmirmi ki, Rəşad Eyubov istənilən səviyyədə çıxış etmir?

- Ola bilər. Keçən oyundan sonra bu günü səbirsizliklə gözləyirdik ki, "Neftçi"yə məğlubiyyəti unutduraq. Rəşad Eyubov çoxlu top itirir. Onunla fərdi danışacağıq. Oyun onun üzərində qurulub.

- Rza Məmmədovun atası Məmmədəli Məmmədov "Neftçi"nin hazırkı təlim-məşq bazasının direktoru olub. Yan xətt hakiminin səhvi bundan irəli gələ bilərmi ki, "Neftçi"dən çox aralana bilməyəsiniz?

- Rza Məmmədovun "Neftçi" ilə əlaqəsinin olduğundan məlumatım yox idi. Bunu bilməməyimiz bəlkə də mənim səhvim idi. Amma Tural Axundov, Cavid Tağıyev fasilədən sonra mənə dedi ki, necə ola bilər ki, yan xətt hakimi ofsaydı görməsin? Ötən tur "Neftçi" ilə oyunda Fərhad Vəliyevin son dəqiqələrdə buraxdığı qola çoxu deyirdi ki, təcrübəli qapıçıya yaraşmaz. Bugünkü səhv isə ondan betəri idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail