"Xəzər Lənkəran"ın uğursuz rəqibi: statistika

21.12.2011 | 4876 dəfə oxunub

Ötən həftə uğursuz oyunlar seriyasına böyük hesablı səfər qələbəsi ilə son qoyan “Xəzər Lənkəran” artıq beş gün sonra ciddi sınaqla üz-üzədi. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2011-ci ilin son oyununda komanda doğma arenada “Bakı”nı qəbul edir.
 
“Xəzər Lənkəran” üçün qarşıdan gələn matç cari çempionatda onuncu ev oyunu olacaq. Mövsümün startından etibarən altı ardıcıl ev qələbəsini sıralayan komanda axırıncı dəfə doğma divarlar arasında 11-ci turda “Kəpəz”i məğlub edib. Son üç ev görüşündə isə cəmi iki xal toplaya bilib. Lənkəranda keçirilmiş doqquz ev qarşılaşmasında 11 dəfə fərqlənib, qapısında isə 5 qol görüb.
 
“Bakı” isə ilə onuncu səfər oyunu ilə yekun vuracaq. Paytaxt klubu bu mövsüm keçirdiyi səfər oyunlarının dördündə qələbə qazanıb (biri texniki olmaqla), iki dəfə heç-heçə edib və üç görüşdə məğlubiyyətə uğrayıb. Texniki qələbəyə görə verilmiş üç qolu nəzərə almadıqda komanda rəqib meydanında bu mövsüm 7 qol vurub, 5 qol buraxıb.
 
Son altı çempionat oyununda “Xəzər Lənkəran”ın bir qələbəsi var və bu qələbə son turda qeydə alınıb. Üç oyunda heç-heçə etmiş komanda daha iki oyunda məğlub olub. “Bakı” isə bu altı turun dördünü qələbə ilə başa vurub, bir dəfə heç-heçə edib, bir dəfə də məğlub olub.
 
Bu gün tarixinin 285-ci oyununa çıxacaq XL “Bakı”nı çempionat çərçivəsində onuncu dəfə qəbul edəcək. Geridə qalan illər ərzində bu komandalar arasında Lənkəranda keçirilmiş 9 oyunda “Xəzər Lənkəran” 4 dəfə qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə məğlub olub. Bu oyunlarda cənublular 10 qol vurub və 4 top buraxıb.
 
“Xəzər Lənkəran” son dəfə “Bakı”nı ötən çempionatın 31-ci turu çərçivəsində qəbul edib və həmin oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin oyunda qolları Opara və Skarlatake vurmuşdu.
 
“Bakı”nın çempionatda “Xəzər Lənkəran” üzərində son qələbəsi 2009/10 mövsümünün axırıncı turuna təsadüf edir (0:1). Lənkəranda baş tutumuş həmin qarşılaşmada paytaxt komandasına məhz Cüneyt Biçer rəhbərlik edirdi.
 
Klubunda çıxışların sayına görə dördüncü pillədə olan Kamran Ağayev “Xəzər Lənkəran”ın heyətində 145-ci oyununun astanasındadı. Həmçinin Elnur Allahverdiyev meydana çıxacağı təqdirdə ağ-yaşıl formada oyunlarının sayını 50-yə çatdıracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail