"Qəbələ" Türkiyəyə gedib

05.01.2018 | 5125 dəfə oxunub

“Qəbələ” futbol komandası qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından qonşu ölkəyə yola düşüb.

Onların arasında yeni transfer Təmkin Xəlilzadə ilə yanaşı, əvəzedici heyətdən dəvət olunmuş Abbas Ağazadə, Faiq Hacıyev və Əmrah Zülfüqarlı da var. Komandanı tərk edən Endi Hallideylə Deyv Bulthuis istisna olmaqla, digər legionerlər komandaya birbaşa Antalyada qoşulacaqlar.

"Qəbələ"nin hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ yanvarın 17-dək davam edəcək. Bu müddətdə Lara qəsəbəsindəki "Trendy Lara" otelində məskunlaşacaq "qırmızı-qaralar" üç yoxlama oyunu keçirəcəklər. Yanvarın 10-da rəqib Türkiyənin "Akhisar Bələdiyyəspor”, yanvarın 14-də Qazaxıstanın "Atırau", yanvarın 17-də isə İsveçrənin "Sürix” komandası olacaq.

Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. "Qırmızı-qaralar” fevralın 3-dək davam edəcək hazırlıq prosesi müddətində daha 4 yoxlama görüşünə çıxacaqlar. "Qəbələ" yanvarın 24-də Makedoniyanın "Rabotniçki”, yanvarın 27-də Rusiyanın "Arsenal” (Tula), yanvarın 31-də Çexiyanın "Bohemians”, fevralın 3-də Makedoniyanın "Şkendiya” komandaları ilə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail