"Keşlə"də 2 legioner

10.01.2018 | 5718 dəfə oxunub

Transfer çalışmalarını davam etdirən "Keşlə" baxışa iki legioner dəvət edib. Stadium.Az xəbər verir ki, dünən Bakıya gələn Kamerun millisinin sabiq futbolçusu Herve Tçami komandanın axşam məşqində iştirak edib. 

Bu gün səhər isə serbiyalı yarımmüdafiəçi Nemanya Stayanoviç komandaya qoşulub.

Herve Tçami karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Orouba", Portuqaliyanın "Feirense" və Türkiyənin "Giresunspor" klublarında çıxış edib. O, son olaraq Səudiyyə Ərəbistanın “Hacer” komandasında oynayıb.

Nemanya Stayanoviç isə karyerası ərzində əsasən ölkəsində çıxış edib. Onun sonuncu klubu Serbiya "Drina"sı olub.

Hər iki futbolçu sabah "Qaradağ Lökbatan"la keçiriləcək yoxlama oyununda iştirak edəcək. Onların durumu baş məşqçi Yusi Maksimovu qane etsə, hər ikisi ilə müqavilə bağlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail