AZAL Ceyhun Sultanovu istəyir

26.12.2011 | 5926 dəfə oxunub

“Baş məşqçi dəyişikliyi mənim üçün təəccüblü oldu. Mirbağır İsayevin postundan belə tez gedəcəyini gözləmirdim”. Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz” klubunun futbolçusu Ceyhun Sultanov deyib. 

Noyabrın ortalarında Gəncə təmsilçisinə baş məşqçi təyin edilən Mirbağır İsayev istefa verib ki, buna da səbəb klub rəhbərliyinin onun işinə müdaxilə etməsidir. Belə ki, rəhbərlik İsayevdən az öncə heyətdən uzaqlaşdırdığı ehtiyat qapıçı Tural Abbaszadənin geri qaytarılmasında maraqlı olub. 

Artıq il yarımdır qərb klubunun şərəfini qoruyan, kapitan sarğını da daşımış Sultanovdan Mirbağır İsayevin istefası ilə bağlı fikirlərini öyrəndik. Hər halda, Sultanov baş məşqçisini daha yaxşı tanıyır və futzal yığmamızda komanda yoldaşı olublar: “Düzdür, biz futzal yığmasında birgə çıxış etmişik. O, “Gömrükçü”də, mən “Tribut” klubunda oynayırdım. Futbolda belə tez istefalar olur. Hər məşqçinin, İsayevin də öz iş prinsipləri var. Onu yaxşı tanıyıram. İsayev sözünü dedi, qurtardı”.

İsayevin “Kəpəz”dən çıxardığı 11 futbolçu arasında Ceyhunun kiçik qardaşı Renat da var. Bu mənada yarımmüdafiəçi qardaşına görə İsayevdən narazılığını indi deyə bilərdi. Ancaq Ceyhun belə düşünmür: “Söhbət qardaşımdan getmir. Baş məşqçi ona lazım olmayanları komandadan çıxarıb. Heç vaxt işlədiyim baş məşqçilərin əleyhinə danışmamışam, onların işinə qarışmamışam. Qardaşımın adı gedənlərin siyahısında yer alıbsa, deməli, belə məsləhət idi. İsayevin gedişindən sonra Renatın qaytarılacağına gəlincə, bu haqda heç nə deyə bilmərəm. Qardaşım yeni baş məşqçiyə lazım olsa, ona yenidən komandada yer verə bilərlər”. 

“Kəpəz” rəhbərliyi isə boş qalmış baş məşqçi postuna kimi gətirməklə bağlı çox düşünməyib. Belə ki, komandada ən çox bu posta gedib-gələn Fuad İsmayılov yenidən belə imkan qazanıb. Özü də Ceyhun 2010-cu ilin yayında “Gəncə” adlanan kluba məhz İsmayılovun vaxtında dəvət olunmuşdu. İstənilən halda, tez-tez baş məşqçi dəyişikliyi hər bir komandaya mənfi təsir edir: “Baş məşqçi məsələsinə klub rəhbərliyi qərar verir. Mənim işim məşq edib, oynamaqdır. Fuad müəllim təcrübəli mütəxəssisdir və “Kəpəz”də özünü sübut etmək istəyər”.

Bu arada Ceyhun mövsümlərarası fasilədə AZAL-dan təklif alıb. Xəbərimiz təsdiqləyən yarımmüdafiəçi başqa dəvətlərinin olduğunu da bildirib: “AZAL-dan başqa, 2 klubdan təklifim var. Ancaq mən “Kəpəz”i belə qoyub getmək istəmirəm. Çünki Gəncə klubu futbol oynamadığım dövrdə mənə sahib çıxdı. Buna görə sağ olsunlar, mən bunu unutmuram. “Kəpəz”lə hələ 6 aylıq müqaviləm var, cari mövsümün sonuna kimi burdayam. Qış fasiləsində başqa kluba keçməyimə imkan yaradılarsa, bunu reallaşdıracağımla bağlı indi dəqiq bir şey deyə bilmərəm. Hazırda “Kəpəz”dən getmək haqda düşünmürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail