"Netçi" Qurbanovu icarəyə verdi

26.12.2011 | 5727 dəfə oxunub

"Neftçi" klubu gənc futbolçusu Nicat Qurbanovu Zaqatala təmsilçisi "Simurq"a icarəyə verib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Simurq"un müraciətini müsbət cavablandıran "Neftçi" rəhbərliyi 19 yaşlı futbolçunu Zaqatala təmsilçisinə icarəyə verməyi qərar alıb.

Qurbanov mövsümün sonunadək "Simurq"un heyətində çıxış edəcək. Gənc futbolçu bununla bağlı açıqlamasında bunları deyib: "Qış fasiləsi zamanı "Neftçi"nin əsas heyətində təlim-məşq toplanışında olmalıydım. "Simurq"un təklifini müsbət cavablandırıb, oyun praktikamı daha da artırmaq üçün başqa komandada icarə əsasında oynamağıma şərait yaratdıqlarına görə "Neftçi" klubunun rəhbərliyinə və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm.

Çalışacağam ki, "Simurq"da özümü yalnız yaxşı tərəfdən göstərib, gələn mövsüm "Neftçi"nin əsas heyətində oynamaq şansı qazanım".  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail