“Qarabağ”ın Dinoya xeyri daha çox oldu, nəinki onun komandaya"

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Ağdam klubunun qış transfer pəncərəsi zamanı Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” komandasına satmasınının səbəbləri ilə əlaqədar maraqlı faktlar açıqlayıb.
Stadium.Az xəbər verir ki, Rəşad Sadıqov bu məsələ ilə bağlı baş məşqçi Qurban Qurbanova və kluba yönələn tənqidlərin haqlı olmadığını bildirib. O deyib:
“Baş məşqçimiz Qurban Qurbanov futbolçuların komandaya sevgisinə, sədaqətinə xüsusi diqqət yetirir. Bir müddət əvvəl Ndlovunun adından açıqlamalar yayıldı ki, o, “Qarabağ”da qalmaq istəyib və guya Qurban Qurbanov onu komandada saxlamaq istəməyib.
Mən bilmirəm, o, həqiqətənmi belə söz söyləyib, ya yox. Amma əsl həqiqət budu ki, Dino Çindən təklif alan kimi hay-küy qaldırdı ki, mən çıxıb getmək istəyirəm. Hələ qış fasiləsi zamanı o, kluba mesaj göndərdi ki, Antalyadakı təlim-məşq toplanışına qatılmaq istəmir.
Təsəvvürünüzə gətirin, hətta burada tanıdığı taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb ona göndərsin. Halbuki onun “Qarabağ”la hələ bundan sonra ilyarımlıq müqaviləsi vardı”.
Rəşad bildirib ki, məhz bu hadisədən sonra Qurbanov Cənubi afrikalı hücumçunun gedişinə razılıq verib: “Çünki Qurban müəllimin prinsipi budu ki, hər bir futbolçu oynadığı komandaya birinci növbədə ürəkdən bağlı olmalıdı. Əgər kimsə komandada qalmaq istəmirsə, könlü başqa klubdadısa, Qurban müəllim o futbolçunu komandasında saxlamaz. Bu söhbətlərdən sonra da Dino Çin klubuna satıldı. Onun satılmasına görə ünvanımıza yönələn tənqidlər doğru deyil. Əsl həqiqət bax bunlardan ibarətdir. Ümid edirəm, bundan sonra azarkeşlər və media bizi daha yaxşı anlayacaqlar. Birdə ki, “Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb. “Qarabağ”ın Dinoya xeyri daha çox oldu, nəinki onun komandaya. Biz bundan sonra da öz qələbələrimiz, komandamızı uğura aparmaq barədə düşünürük”. (qol.az)
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |