Ramil Şeydayev "Qarabağ"dan gedir

26.02.2018 | 5183 dəfə oxunub

"Qarabağ"ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda komandadan göndəriləcəyi ilə bağlı saytımızda yer alan xəbərə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, Ramil açıqlamasında çempionat başa çatdıqdan Ağdam klubundan ayrıla biləcəyini istisna etməyib:

"Sizdə bu məlumat hardandır? Mən "Qarabağ"da icarə əsasında çıxış edirəm. Mövsümün sonunda müqaviləm başa çatır. Bu isə o deməkdir ki, təbii olaraq, komandadan gedə bilərəm. Ancaq hələlik mənə bir söz deyilməyib".

Şeydayev təkliflərinin olduğunu da gizlətməyib: "Təkliflərim çoxdur. Bir neçə klubdan dəvət almışam. Amma hələlik ad açıqlaya bilmərəm".

"Qarabağ" ötən ilin yayında "Trabzonspor"dan icarəyə götürdüyü millimizin hücumçusu ilə yolları ayırmaq niyyətindədir. Buna səbəb gənc futbolçunun baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayaraq əsas heyətə düşə bilməməsidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail