UEFA AFFA-ya 14.1 milyon avro ödəyəcək

26.02.2018 | 3386 dəfə oxunub

UEFA Avropada futbolun inkişafı üçün rekord məbləğdə vəsait ayıracaq. Stadium.Az xəbər verir ki, bununla bağlı qərar UEFA-nın bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci Konqresində qəbul olunub.

UEFA-nın 2020 – 2024-cü illərdə “HatTrick V” inkişaf layihəsi üçün 55 milli assosiasiyaya, ümumilikdə, 775,5 milyon avro ödəniləcək. Nəticədə hər bir assosiasiya, o cümlədən AFFA 4 il ərzindən 14,1 milyon avro alacaq. Bu məbləğ 2016 – 2020-ci illəri əhatə edən və 600 milyon büdcəsi olan əvvəlki layihəni 30 faiz üstələyir. Həmçinin Konqresdə ispaniyalı Xuan Luis Larrea Sarobe bir il müddətinə UEFA İcraiyyə Komitəsinin üzvü, macarıstanlı Şandor Çanyi isə eyni müddətə FIFA-nın vitse-prezidenti seçilib. Ş.Çanyinin təyinatı ilə əlaqədar UEFA-nın 2019-cu il Konqresinədək onu FIFA Şurasında Fernandu Qomeşin əvəzlməsi qərara alınıb.

Avropa Peşəkar Futbol Liqasının (EPFL) təmsilçisi Lars-Krister Olsson 2021-ci ilə qədər UEFA İcraiyyə Komitəsinin tamhüquqlu üzvü kimi təsdiqlənib. Konqres UEFA prezidentinin, administrasiyasının və İcraiyyə Komitəsinin məruzələrini bəyənib, 2016/2017 mövsümünün maliyyə hesabatını öyrənib və 2018/2019 mövsümü üçün büdcəni təsdiq edib. Eləcə də UEFA Nizamnaməsinə təklif edilən düzəlişlər təqdir olunub.

UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Qurumun növbəti Konqresi isə 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail