“Zirə"nin fəxri prezidentinə dövlətdə vəzifə verilib

01.03.2018 | 4670 dəfə oxunub

“Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin olunub.

Stadium.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi prezident İlham Əliyevin 28 dekabr tarixli fərmanı ilə yaradılıb.

Orxan Məmmədov 1984-cü ildə iyulun  1-də Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib.

2009-cu ildə Odlar Yurdu Universitetinin Biznes administrasiyası üzrə magistr dərəcəsini alıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib.

Əmək fəaliyyətinə 2006-ci ildən Sənaye və Energetika nazirliyində başlayıb, 2007-ci ildən İqtisadiyyat nazirliyin Sahibkarlığın inkişafı siyasəti və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində baş məsləhətçi, müdir müavini və müdir vəzifələrində çalışıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail