Samir Əliyev: " Komandada heç bir eyforiya yox idi"

03.03.2018 | 4194 dəfə oxunub

"Komandada heç bir eyforiya yox idi. Ötən tur “Qəbələ” bizdən üstün oynamışdı. Sadəcə, bəxtimiz gətirdi, 2 qol vurub udduq. Bugünkü oyunda isə qalib gəlməyi “Kəpəz” daha çox istəyirdi. Rəqibi qələbə münasibətilə təbrik edirəm və onlara gələcək oyunlarda uğurlar arzulayıram. Biz isə öz üzərimizdə çox işləməliyik. Səhvlərimiz var".

Stadium.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev Premyer Liqanın 18-cı turunda səfərdə "Kəpəz"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Səhv deyəndə nəyi nəzərdə tutursunuz?

- Söhbət futbolçuların taktiki səhvlərindən gedir.

- Buraxılan qollarla bağlı nə deyə bilərsiniz?

- Biri penaltidən, o biri isə uzaq məsafədən vuruldu. Düzdür, “Kəpəz” çox qol vəziyyəti yaratmadı, amma fakt odur ki, uddular. Biz də öz yolumuza davam edəcəyik. Yolumuz bəllidir. Bu oyunu analiz edib, unudub, qarşıdakı matçlara hazırlaşacağıq. Daha da yaxşı oynaya bilərik.

- Əvvəlki oyunlarda texniki zonada fəal idiniz. Amma bu gün sizdə də fərqlilik müşahid olundu. Oyuna çox müdaxil etmirdiniz...

- Sizinlə razıyam. Əvvəlki oyunlarda çılğın idim. Amma istəyirəm, çılğınlığımı yığışdırım ki, futbolçular meydanda öz oyunlarını oynasınlar.

- Amma bu gün 90 dəqiqə göstərdi ki, futbolçular öz bildiklərini edəndə uduzurlar...

- Nə etməliyəm? Hər oyunda mən qışqırım? İkinci qolu buraxandan sonra ruh düşkünlüyü oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail