Yunis Hüseynov: "İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin ..."

14.04.2018 | 2456 dəfə oxunub

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 23-cü turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ”ı təbrik edirəm. Mübarizə apardıq. Rəqib güclü, top saxlayan komandadır. Düzdür, bunlar şablon sözlərdir. Ancaq reallıqdır. Xal qazanmaq istəyirdik. Komandamdan razı qaldım. İmkanlarımız oldu, lakin istifadə edə bilmədik. Qarşıdakı oyunlara köklənəcəyik.

- Dieqonu sonradan meydana buraxdınız, lakin tezliklə əvəzlədiniz...

- Onu meydana buraxdım ki, meydanın mərkəzində top saxlasın. Fikirləşdim ki, təcrübəsi ilə komandaya kömək edəcək. Lakin ümidlərimi doğrultmadı. Buna görə, tez əvəzlədim.

Düşünmürsünüz ki, bu, futbolçuya təsir edə bilər?

- Ola bilər. Lakin futbolçu meydançada ona olan etimadı doğrultmadı.

- Hər iki komandanın məşqçilər korpusunda Azərbaycanın vaxtilə güclü futbolçuları olmuş mütəxəssislər qərarlaşıb. Bu oyunçular komandasını arxasınca apara bilən futbolçular idi. Lakin bu gün ölkə futbolunda bu cür oyunçular yoxdur. Sizcə, bunun səbəbi nədir?

- İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də, Vidadi Rzayev və digərləri. İndinin futbolu ilə o vaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərində işləməlidilər. Çalışsalar, onlar da bu cür futbolçu ola bilərlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail