Çervenka: "Azərbaycanda klubların bir çoxu "İnter"ə nifrət edir"

03.01.2012 | 5770 dəfə oxunub

"İnter"in futbolçusu Bronislav Çervenka Premyer Liqada çıxış edən bir neçə komanda barədə danışıb. Stadium.az xəbər verir ki, çexiyalı futbolçu vətənində olarkən jurnalistlərlə söhbətdə Bakının digər təmsilçiləri haqqında fikir bildirib.

O, əvvəlcə öz komandası "İnter"lə bağlı danışıb: "Bizim komandamız 1997-ci ildə yaradılıb. Mən "İnter"də oynadığım müddətdə bir sıra uğurlarımız olub. 2 dəfə çempion olmuşuq, 1 dəfə isə mövsümü ikinci pillədə bitirmişik. Bununla yanaşı, 4 dəfə kubokun finalına çıxmışıq. Ənənəci "Birlik kuboku"nun da qalibi olmuşuq. Amma Azərbaycanda klubların bir çoxu "İnter"ə nifrət edir, onu dağıtmağa çalışır. "İnter"i bu baxımdan Çexiyanın "Sparta" komandasına bənzədirəm".

Çervenka daha sonra "Neftçi" ilə bağlı da fikirlərini bölüşüb: "Bu kluba ölkənin ən böyük neft şirkəti sponsorluq edir, buna görə də varlı komandadır. Azərbaycan klubları arasında Avropada ən çox tanınan "Neftçi"dir. Ölkənin də ən qədim komandasıdır. Hələ keçmiş SSRİ çempionatlarında da çıxış edib. Ötən ilin çempionu olublar, indi isə turnir cədvəlinin lideridirlər. Adlarına görə hakimlər də "Neftçi"yə kömək edir. "Neftçi"nin əzəli rəqibi "Xəzər Lənkəran"dır".

"İnter"li futbolçu "Bakı" haqqında isə bunları deyib: "Neftçi" kimi "Bakı" da imkanlı klubdur. "Bakı" daha çox tanınmış oyunçuları transfer etməklə diqqət çəkir. Jaba və Verpakovski kimi futbolçuları misal göstərə bilərəm. Onların sahibləri də "Xəzər Lənkəran"la rəqabət aparır".

Çervenka sonda AZAL və "Rəvan"la bağlı da fikirlərini bölüşüb: "AZAL ölkənin ən böyük 6 klubundan biridir. Lakin, mən deyərdim ki, bu komandalar arasında sonuncudur. Ötən il AZAL-ın yeni stadionu istifadəyə verildi.

"Rəvan" keçən mövsüm ev oyunlarını paytaxtdan 100 kilometr uzaqda oynayırdı. İndi isə debütant sayılırlar. "Altılıq" iddiasındadırlar, lakin hələ ki, daha aşağı nəticə göstərirlər. Onların ev oyunlarını keçirdikləri stadionunda ("Dalğa Arena") qızlar arasında dünya çempionatı təşkil ediləcək. Həmin arenanın açılışında FİFA prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini də iştirak edib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail