"Keşlə" avrokuboklara getməyə bilər

12.05.2018 | 3348 dəfə oxunub

Azərbaycan kubokunun finalına vəsiqə qazanan “Keşlə” Avroliqaya buraxılmaya bilər.

Stadium.az AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb milli assosiasiyanın Lisenziya Komissiyasının bu gün keçirilən iclasında paytaxt təmsilçisinə müvafiq lisenziyanı verməməsidir


UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın Klub Yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.  Məlum olduğu kimi, “Keşlə” PFK “İnter” PİK-in davamçısı qismində Premyer Liqada iştirak edir. AFFA bu məsələ ilə bağlı “Keşlə” PFK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Hazırda UEFA təqdim olunmuş sənədlərin araşdırılması ilə məşğuldur və yaxın zamanda rəsmi cavabı AFFA-ya ünvanlayacaq. Bunu nəzərə alaraq, “Keşlə” PFK-ya lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail