Dabo "Neftçi"yə transferindən danışdı

18.06.2018 | 3908 dəfə oxunub

"Mənim üçün əlamətdar transfer oldu. Çünki “Neftçi” proyekt hazırlayıb və mənim də burada olmağım sevindiricidir. Düşünürəm ki, bu, uğurlu layihə olacaq".

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"dən ayrılaraq, "Neftçi"yə transfer olan Baqali Dabo deyib. 29 yaşlı hücumçu bildirib ki, "Qəbələ" ilə müqaviləni uzatmaq barəsində razılıq əldə edib, lakin sonrada şərtlərlə razılaşmayıb: "Əvvəlcə razılıq oldu. Ancaq bəzi şərtlərlə sonradan razılaşmadım. Agentimlə danışdım və “Neftçi”yə gəlməyə qərar verdim".

Fransalı qolçu paytaxt klubuna çempionluq yaşamaq üçün gəldiyini deyib: “Neftçi” mövsümün son oyunlarında yaxşı çıxış etdi və 3-cü yeri tutdu. Komanda 2-ci yeri də tuta bilərdi, amma bu da yaxşı nəticədir. “Qəbələ”də qalib ola bilməsək də, maksimum çalışdıq. “Neftçi”yə çempion olmaq üçün gəldim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail