PFL-in çempionatı biabırçı yerdə

11.01.2012 | 4794 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü milli çempionatlarının reytinq siyahısını açıqlayıb. Stadium.az verir ki, 2011-ci il üçün planetin ən yaxşı 122 liqasının siyahısında Azərbaycan Premyer Liqası da yer alıb. Çempionatımız ilk 100-lükdə qərarlaşaraq 98-ci pillədə mövqe tutub. 

Klublarımız 2011-ci il ərzində çempionatın hesabına 188,5 xal toplaya biliblər. 2010-cü illə müqayisədə 52,5 xal az yığan Azərbaycan çempionatı 1 il əvvəlki 86-cı yerdən 12 pillə aşağı yuvarlanıb. Çempionatımız Avropada Bosniya və Herseqovina (100-cü yer), Uels (102), Lüksemburq (103), Monteneqro (104), Maltanı (106) liqalarını qabaqlayır. 

Siyahıya ötən il olduğu kimi yenə İspaniya Primerosu başçılıq edir – 1194 xal. İngiltərə Premyer Liqası (1103 xal) 2-ci, Braziliyanın A seriyası (889) 3-cü pillədədir. 524,5 xalı olan ölkəmizdə maraqla izlənilən Tükiyə Superliqaı dünyanın 24-cü çempionatıdır. Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios”un mübarizə apardığı Yunanıstan Superliqası isə daha güclüdür. 582 xala malik çempionat planetin 21-ci liqasıdır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail