"Mənim üçün ən böyük əngəl budur" - Qurban Qurbanov

06.09.2018 | 4134 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Kosovo ilə oyun  öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.


- Vacib oyunlar öncəsi qarşısınıza çıxan ilk əngəl nə oldu?

- İlk növbədə həmişə ilk əngəli özümüzdə axtarmışam, görmüşəm. Başda mən olmaqla, bütün futbolçularımızın oyuna nə dərəcədə hazır olmağı çox vacibdir. Mənim üçün ən böyük əngəl budur. Son vaxtlar məni narahat edən əsas amil aparıcı futbolçuların klublarında oynamamasıdır. Birbaşa Arazı deyə bilərik. Neçə aydır heç bir oyuna çıxmayıb, ona görə də milliyə dəvət olunmadı. Digər tərəfdən, Dmitri Nazarov da son vaxtlar nadir hallarda meydana çıxır və az oynayır. Ramil Şeydayev rəsmi oyunlara çıxmayıb. Onun da oyun təcrübəsi məni narahat edir. İlk növbədə bunlar mənə əngəl ola bilər. Futbolçu meydanda 90 dəqiqə ərzində oyun ritmini bir qaydada saxlaya bilmir. Amma komandama inanıram və görürəm ki, çox istəklidirlər. Bundan sonra rəqibin oyunçularının fərdi ustalığı gəlir. Buna da hazırlaşmışıq. Ancaq bunları səbəb görmürəm, heç düşünmək də istəmirəm. Çalışırıq ki, sabah komanda heç bir əngəl hiss etməsin və meydanda doğru oyun qura bilsin.

- Kosovonun heyətində əksər futbolçular Avropada çıxış edir. Bu, sizin futbolçulara nə dərəcədə təsir göstərir?

- Rəqib futbolçuların hər birinin çıxışını ayrılıqda izləyirik, çox sabit oynayırlar. Xüsusilə də hücum xətti. Hər bir üzvü məhsuldarlığı ilə seçilir. Güclü çempionatlarda çıxış edirlər. Fərdi ustalıqları bizi narahat edə bilər. Amma bizim futbolçularımız təcrübəlidir. Bu cür oyunçulara qarşı oynayıblar. Sabah bizim üçün kollektiv oyun vacib olacaq. Hər bir futbolçu meydanın hər yerində komanda yoldaşını sığortalasa, rəqibin üstünlüyünün qarşısını ala bilərik.

- Həm Almeyda, həm də Ramil klubların az oynayırlar. Onların hazırkı durumu necədir?

- Hər ikisinin hazırlığı normaldır. Sadəcə, məni narahat edən Ramil Şeydayevin oynamamasıdır. Almeyda isə son oyunda 57-ci dəqiqədən etibarən meydana çıxıb. Komandası 120 dəqiqə oynayıb. Bununla belə, durumları pis deyil.

- Kosovonun baş məşqçisi Azərbaycanı qrupun favoriti hesab edir. Bu, futbolçularımızda arxayınlığa səbəb ola bilərmi?

- İnanmıram. Birincisi, bizə hörmətlə yanaşdığı üçün həmkarıma təşəkkür edirəm. Biz də rəqib komandaya hörmət edirik, qarşılıqlıdır. Amma bu, bizim oyunumuza, təcrübəmizə mane ola bilməz. Kosovoya ciddi yanaşır və buna uyğun da öz oyunumuzu qurmağa çalışırıq - Sabah heyətdə məcburi rotasiya olacaqmı?


- Ola bilər ki, olsun.

- Ramilin oynamadığını qeyd etdiniz. Amma "Keşlə"nin heyətində oyun təcrübəsi olan Amil Yunanovu dəvət etmədiniz. Sizcə, Amil daha hazır deyil? - Bütün futbolçular nəzarətimiz altındadır. Amilin də praktikası azdır. Ramil sadəcə rəsmi oyunlarda oynamayıb, "Trabzonspor"un heyətində yoldaşlıq oyunlarında iştirak edib. - Demək olarmı ki, Amil verilən şansdan istifadə edə bilmədi? - Belə deməzdim. Hamısı nəzarətimizdədir. Bu toplanışa, çağırılmasalar belə, digərlərinə dəvət ala bilərlər. Bunu əvvəlcə də demişəm. - Futbolçuların çoxu əvvəlki formasından uzaqdır.

Sizə elə gəlmirmi ki, bu, təsadüf deyil?

- Bu, mənim tərəfimdən düzgün yanaşma olmaz. Bəlkə də fikir mənə düzgün çatmadı. Ümumən, hər bir futbolçunun zirvə nöqtəsi olur. Onu 2-3 il qoruyub saxlaya bilər. Bəlkə də təsadüf adlandırmaq olar ki, onlar mənim dövrümdə belə oldu. Amma həmişə belə hallar ola bilər. Məndə kənar fikirlər formalaşmamalıdır. Komandanı qısa vaxt ərzində hazırlamalıyam. Bəzi futbolçular son vaxtlar oynamaya bilərlər, amma təcrübələri var. Hamısına güvənirəm. Çalışacağıq ki, sabah meydanda oyun təcrübəsi baxımından çatışmazlıq hiss olunmasın.

- Rəqib yarımmüdafiə və müdafiə xətti arasında dəhliz yaradıb və bundan istifadə etməyə çalışır. Buna qarşı taktiki gediş hazırlayırsınız, yoxsa?..

- Bəlkə də fikirlərimi burda deməyim düzgün çıxmaz. Bilirik ki, rəqib çox aqressiv komandadır. Pressinq edirlər, yaxşı futbolçuları var. Buna qarşı tədbir görəcəyik. Bizim də hücumlarımız olacaq və bundan istifadə etməyə çalışacağıq.

- Bilirik ki, əsas hədəf qrupu lider kimi başa vurmaqdır. Kosovonu bu baxımdan əsas rəqib hesab etmək olarmı?

- Hamımız belə düşünürük. Hər bir komanda bu turnirin qalibi olmaq istəyir. Amma səhv etmirəmsə, fikirlərimi bildirmişdim. Bütün diqqətimizi bu turnirə yönəltsək ki, son şansımızdır, maksimum yararlanmalıyıq, qrupdan çıxa bilməsək, dünyanın sonu olacaq, düzgün olmaz. Belədə Azərbaycan futboluna zərbə vurmuş olarıq. Heyət baxımından Kosovonu favorit göstərə bilərik, amma biz də yaxşı mübarizə aparmağa köklənmişik. Kosovo çox ciddi rəqibdir. Amma Malta və Farer adalarını da unutmaq olmaz.

- Rəşad Sadıqov bu gün U-21-i İsraillə oyuna çıxaracaq. Həmin matçdan nə gözləyirsiniz?

- İlk növbədə uğurlar arzu edirəm. Komanda ilə birlikdə o oyuna baxacağıq. Qalib gəlmək həmişə mümkündür. Son vaxtlar məğlubiyyətlər olur. Ciddi rəqibə qarşı oynayırlar. Hamımız komandaları daha yaxşı motivasiya etməyə, idman xarakteri göstərmələrinə çalışırq. Bunlar formalaşandan sonra hamısı daha yaxşı oyun göstərəcək. İnanıram ki, bu gün qalib gələcəklər. Ən azından yaxşı oyun görəcəyimizi düşünürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail