Təbriz Həsənov: "Bütün Azərbaycan tezliklə bu layihənin bəhrəsini görəcək"
"Sumqayıt"ın baş məşqçisi Bernhard Raabın köməkçisi Təbriz Həsənovun komandamızla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv olunub. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi olan adıçəkilən mütəxəssis qərarı ilə bağlı klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
- Qərarınızı necə izah edə bilərsiniz?
- İyun ayında “Sumqayıt” Futbol Klubunun rəhbərliyindən təklif aldım. Layihəni çox bəyəndim. Mən həm də 17 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisiyəm. U-17-nin üç əsas siması Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov “Sumqayıt”la müqavilə imzaladı. Futbolçuların püxtələşməsi üçün klubda da onlarla olmaq məqsədə uyğun idi. Lakin 1995-ci il təvəllüdlü adları çəkilən futbolçular bundan sonra U-19-un şərəfini qoruyacaq. Mən isə 1996-cı il təvəllüdlü futbolçuların axtarışına başlayacağam. Bu səbəbdən milli komandadakı işlərim xeyli artdığından “Sumqayıt” Futbol Klubundan ayrılmaq məcburiyyətində idim. Qərarımı klubun rəhbərliyinə çatdırdım, onlar da buna hörmətlə yanaşdılar.
- “Sumqayıt”dakı işinizdən razı qaldınızmı?
- Sumqayıt Azərbaycan futboluna xeyli futbolçu bəxş edib. Bu şəhərdə daim futbol olmalıdır. “Sumqayıt” Futbol Klubu gənclərədən qurulub. Hamıya məlumdur ki, klubun zamana ehtiyacı var. Premyer Liqanın son 8 qarşılaşmasına nəzər saldıqda görərik ki, komanda 4 oyunda qələbə qazanıb və aktivinə 12 xal yazdırıb. Bu layihədə əsas və aşağı yaş millilərinin futbolçularının oyun praktikası artırması baxımından çox yaxşıdır. Son zamanlar əsas qapıçımız Andriy Popoviç və Bədavi Hüseynov milli komandaya çağırılır. Yığmanın bir müddət əvvəl Bakıda təşkil olunmuş seleksiya xarakterli toplanışında daha iki futbolçumuz Hacı Əhmədov və Samir Yusifov da əsas yığmanın heyətinə çağırılan futbolçulardan idi. Bundan başqa, Emil Balayev, Ruslan Tağızadə, Emin Mustafayev, Tərlan Quliyev, Orxan Həsənov və Ruslan Qurbanov isə U-21-in əsas futbolçularıdır. Heyətimizdə U-19-un üç üzvü Orxan Əliyev, Ruslan Nəsirli, Şamil Cəmaləddinov da gələcək vəd edən futbolçular sırasındadır. Adları çəkilən futbolçular “Sumqayıt”ın heyətində Premyer Liqa oyunlarında çıxış edir. Məhz bu amil onların milli komandaya xeyir verəcək anlamına gəlir. Mən sizi əmin edirəm ki, bütün Azərbaycan tezliklə bu layihənin bəhrəsini görəcək.
Qaldı ki, klubdakı işimə, bundan tam razıyam. “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab olduqca təcrübəli mütəxəssisdir. Onunla çalışmaq insanda xüsusi həvəs yaradır. Almaniyalı mütəxəssisdən bəzi şeylərdə öyrənmişəm.
- Gələcək planlarınız barəsində nə deyə bilərsiniz?
- Bundan sonra bütün diqqətimi 17 yaşadək futbolçulardan ibarət milli komandaya yönəldəcəyəm. “Azercell U-17 Liqası”nın oyunlarını izləyib futbolçu axtarışına çıxacağam. Yeni komanda yaratmaq üçün işim olduqca çox olacaq. Bir neçə seleksiya xarakterli təlim-məşq toplanışları keçirəcəyik, beynəlxalq turnirlərdə iştirak edərək heyəti formalaşdırmağa çalışacağam. AÇ-nin seçmə mərhələsinə qədər, daha dəqiq desəm oktyabr ayına kimi komandanı tam hazır vəziyyətə gətirməliyəm. Bildiyiniz kimi, İspaniya, Polşa və Bolqarıstan kimi komandalarla bir qrupda mübarizə aparacağıq. Buna görə, əzmkar və döyüşkən komanda yaratmalıyıq.
- Necə düşünürsüz, “Sumqayıt” Premyer Liqanı hansı pillədə tamamlayacaq?
- Düşünürəm ki, komanda hazırda turnir cədvəlində layiq olduğu yerdə deyil. Göstərdiyimiz oyun da buna misaldır. Əksər qarşılaşmalarda qələbəyə layiq futbol oynasaq da, minimal hesabla məğlub olmuşuq. Amma buna baxmayaraq, “Sumqayıt” Premyer Liqanı layiq olduğu pillədə tamamlaya biləcək. Növbəti mövsüm isə bu klub yüksək pillələr uğrunda mübarizə apara biləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |