Qurban Qurbanov: "Futbolçularım hər şeyi düz etdi"

05.10.2018 | 3971 dəfə oxunub

Məğlub olduq. Amma bu gün çox yaxşı mübarizə apardıq”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Avropa Liqasının II turunda öz meydanında İngiltərənin “Arsenal” klubuna məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli mütəxəssis fikirlərini bildirib: “Əsas fikrimiz rəqibdən çəkinməmək idi. Bunu edə bildik. Sadəcə, rəqib futbolçuların ustalığı bizi üstələdi. Futbolçularıma təşəkkür etdim. Azarkeşlərimizə “çox sağ ol” demək istəyirəm, möhtəşəm idilər. Böyümək üçün belə məğlubiyyətlər lazım olur. Çoxsaylı qol epizodumuz olsa da, yararlana bilmədik. Bu oyun bizim üçüm böyük təcrübə oldu”.

– “Qarabağ” ilk dəfə idi belə pressinq edirdi. Bu əvvəldən verilmiş tapşırıq idi, yoxsa oyunun gedişində belə qərar verdiniz?

– Düşünülmüş idi. Açığı deyim ki, Emeri son vaxtlar 3 mərkəz müdafiəçisi ilə oynamırdı. Fərqli hazırlaşmışdıq. Ancaq rəqibin sistemini görəndə, bizim üçün təəccüblü oldu. Son anda rəqibin oyununu analiz etdik. Düşünürəm ki, futbolçularım hər şeyi düzgün etdilər. Azarkeşlərimizə yaxşı futbol göstərmək istəyirdik. Şükürlər olsun ki, bunu bacardıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail