"Bir az gözləməli, səbirli olmalıyıq" - Samir Abasov

27.10.2018 | 3806 dəfə oxunub

Dilxoruq. Bu cür oyunun nəticəsində uduzduq. Ötən tur çoxlu qol imkanlarından istifadə edə bilməmişdik. Bu gün də eyni şey. Əks-hücumdan qorxurduq, müdafiəçilərin səhvindən çəkinirdik. O da başımıza gəldi. Bəxtdən şikayətlənə bilmərəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən şikayətlənməsi lazım deyil. Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik, qol vursunlar".

Stadium.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 9-cu turunda "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. "Ötən oyundan sonra ümidli idim. Bu gün də çoxlu imkan yaratdıq, təzyiq etdik. Ağıllı oynadıq. Amma təəssüf ki, müdafiəçilərimiz futbola yaraşmayan hərəkətlər etdi. Son iki oyunu müdafiənin hesabına uduzduq. Hər oyuna eyni heyətlə çıxa bilmirik. Bu gün Skarlatakemiz yox idi, bir gün Dilanımız olmur. Bizdə yeganə xoş hal odur ki, oyundan-oyuna artırırıq. Bəzi hissələrdə diqtə edirik, amma üzücü odur ki, nə qədər işləsən də, səhvlər olur. Müdafiəyə deyəcək sözüm yoxdur". - Hesabı bərabərləşdirəndən sonra komanda tam heyətlə irəli atıldı. Yekunda əks-hücumdan qol buraxdınız... - Özüm-özümü də paltardəyişmə otağında söyürdüm. Epizodda sanki hiss etmişdim ki, qol buraxacağıq. Təəccüblü olsa da, oyunumuzu İlkin Muradov aparırdı, onun mövqeyini dəyişən kimi qol vurduq. Bundan sonra həvəs yarandı. Təzyiqimiz düz idi. Topu hara gəldi vurmurduq. Ağıllı oynayırdıq. Amma topu çıxarırsansa, peşəkarsansa, bilməlisən ki, hara vurursan. Çox üzgünəm. Azarkeşlərə deyirəm ki, səbirli olsunlar. Bir günə alınan deyil. Rəhbərliyin də istəyi odur ki, komanda layiq olduğu yerə qayıtsın. Bir az gözləməli, səbirli olmalıyıq. Bir günün içində nəyisə dəyişmək üçün sehirli çubuğum yoxdur. İnanıram ki, komandamız ən yaxşılardan olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail