"Qəbələ" çempionluğun bir addımlığında

17.01.2012 | 5076 dəfə oxunub

Latviyada - “Riga Open 2012” turnirində çıxışını uğurla davam etdirən “Qəbələ”nin U-13 komandası günə 2 qələbə ilə yekun vurub. Stadium.az xəbər verir ki, ilk oyun günündə - yanvarın 16-da 1 qələbə və 1 heç-heçə ilə yadda qalan komanda bu gün ilk matçda yerli “Super Nova” klubu ilə üz-üzə gəlib.

“Qəbələ”nin üstünlüyü ilə keçən matçda Elvin İmanlı (2) və Fərid Nəbiyevin qolları təmsilçimizə 3:1 hesablı qələbə qazandırıb. Günün ikinci matçında isə “Qəbələ” rəqibi “Yelqava”nı darmadağın edib – 5:1. Qarşılaşmada 4 dəfə fərqlənən Elvin İmanlı turnirdəki qollarının sayını 6-ya çatdırıb. Matçda Cavidan İmanlı da qol hesabını açıb. Bu nəticələrdən sonra aktivindəki xalların sayını 10-a çatdıran “Qəbələ” vurduğu və buraxdığı qolların fərqinə görə (11-3) birinci pillədəki yerini qoruyub. İkinci yerdə isə “Dinamo Riga” qərarlaşıb.

“Qəbələ” sabah Bakı vaxtı ilə saat 13:00-da turnirin son matçında “Riga FC” ilə üz-üzə gələcək. Komanda qalib gələcəyi təqdirdə çempionluq kubokunu başı üzərinə qaldıracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail