Starkovdan gənclərə dəstək

18.01.2012 | 4910 dəfə oxunub

Türkiyədə ilk təlim-məşq toplantısını yekunlaşdırmaqda olan "Bakı"  hazırlıqlara gündə iki məşqlə davam edir. Stadium.az xəbər verir ki, toplantının 9-cu günü taktiki və nəzəri çalışmalar üzərində qurulub. Futbolçuların əzmkarlıqla çalışması məşqçilər heyətinin təqdiri ilə qarşılanır.

Xüsusilə də, ilk dəfə A komandanın düşərgəsinə qoşulan gənc futbolçular müdafiəçi Elşad Manafov və hücumçu Tural Qürbətov nüfuzlu həmkarlarından geri qalmamağa çalışırlar. Adıçəkilən futbolçuların cəmi 18 yaşı var və onların A komandada debütü Hollandiya çempionatının lideri "AZ Alkmaar" klubuna qarşı oyuna təsadüf edib. 

Tural Qürbətov qarşılaşmanın 65-ci dəqiqəsində oyuna qoşulub, Elşad isə 83-cü dəqiqədə meydana çıxıb. Ümumiyyətlə, "Bakı"nın ilk yoxlama oyununda meydanda 8 azərbaycanlı futbolçu çıxıb. 30 dəqiqə oynayan Nurlan Novruzovun da artıq mütəmadi olaraq heyətdə yer aldığını qeyd edək.

Sabah (19 yanvar) "Bakı" ikinci yoldaşlıq oyununa çıxacaq. Həmin oyunda sparrinq rəqib Almaniya 1-ci liqasının təmsilçisi "İnqolştadt 04" (FC İngolstadt 04) klubudur. Oyun Bakı vaxtı ilə saat 19-da başlanacaq.
rn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail